Page 683 - antologiya - poeziya_175x250_Layout 1
P. 683

Tàüû Øàhbazi Simurq


            ittifaqı mümkün olduğuna artıq әhәmiyyәt verirdi. Bu söhbәtlәrdә Hacı
            Qafar öz hökumәtlәrinә çox mәslәhәtlәr verir idi. Nә edәsәn ki, bu söhbәtlәr
            dükan qabağında, mәscid hәyәtindә, hamam qarşısında eşidilir, ancaq Hacı
            Qafarın istәdiyi hökumәtlәr tәrәfındәn eşidilmәyir, bilәks etinasız bura -
            xılırdı.
                Hacı Qafar hansı hökumәtә mәslәhәt verir, hansını kәndinin hökumәti
            zәnn edirdi?
                Bunu aşağıdakı hissәdәn bilәcәyiz.
                İkindi zamanı idi. Qarasu hamamı qarşısındakı daş sәki üstündә iki
            nәfәr oturmuşdu. Onlardan biri Ağabala oğlu Kәrbәlayı Nәcәf, ikincisi dәxi
            xarrat Bağır idi. Bunların qarşısında әlindәki ağaca tәkiyә edәrәk Şahcahan
            oğlu Mәlik durmuşdu. Söhbәt oyan-buyandan başlamışdı. Şahcahan oğlu
            Mәlik söhbәtçi olduğundan, dar sәki üstündә oturanlar, qәsdәn vaxtlarını
            axşam etmәk üçün onu saxlayıb danışdırırdılar. Söhbәti daha uzatmaq    107
            istәyәrәk onlar dәfәatla Şahcahan oğlu Mәlikә yanlarında daş üstündә yer
            tәklif etmişdilәrsә dә, hәr dәfә:
                – Gedirәm, arvadağa da, yәqin, acığa qәrq olub, dәdәmi gordan çıxar -
            da caq ki, turşu gec gәlmişdir, – deyә әlindәki sarı kağızı göstәrir idi.
                Birdәn bu vaxt tindәn Hacı Qafar çıxdı. Hacını görәn kimi, hamam
            qarşısında söhbәt edәnlәr bir dәqiqә sükut ixtiyar edәrәk ona sarı baxdılar.
            Hacı salam verdi vә yaxınlaşdıqda durdu.
                Söhbәtә mәşğul olanlar ayağa qalxıb Hacının salamını aldılar vә
            yanlarında yer tәklif etdilәr. Hacının sevdiyi yerlәrdәn biri dә bura idi. Hacı
            oturdu.
                – Hә, yenә Mәlik sizin üçün nә doğrayır, nә tökür, – deyә Hacı yanında
            oturanlara baxıb Mәlikә işarә etdi. Hacının Mәlik ilә zarafatı var idi. –
            Qorxma, sәndәn eşitdiklәrimi füruşa vermәyirәm, indi bilirsәn ki, mövsüm
            dәyişib, köhnә paltarlara qiymәt qoymayırlar. Bunları deyirsәnsә, bunlar
            zәrgәrdir.
                Kәrbәlayı Nәcәf, Hacının fıkrini tamam etmәk üçün:
                – Bәli, dәdә-baba sözüdür: “zәr qәdrini, zәrgәr bilәr”, – dedi vә Hacıya
            baxdı.
                – Elәdir, odur ki var, söz dә odur ki var. Qaldı yeni mövsüm gәldi, fılan
            get di, bunlar qulağıma girmәz. “Zәr qәdrini, zәrgәr bilәr”, vay qalayçının
            ha  lına hә... hә... hә...
                – Axı bir dә var ki, hәr vaxtın öz meyvәsi var, vaxtsız dәrilib tәklif olu -
            nan meyvә kal olar, dişi qamaşdırar, xahәni dә olmaz, – deyә Mәlik, Hacını
            qızışdırmaq istәdi.
   678   679   680   681   682   683   684   685   686   687   688