Page 693 - antologiya - poeziya_175x250_Layout 1
P. 693

Cÿfÿr Cabbarlû


                – Mәn evimizin yerini itirmәmişәm, yerini tanıyıram, buna heç şübhә
            ola bilmәz, ancaq iş orasındadır ki, evimiz öz yerindә yoxdur. Qonşu evlәr
            dә yoxdur, rayonumuz da yoxdur.
                – Evdәn nә zaman çıxmışdınız?
                – Mәnim Bakıdan çıxdığım altı ildir. Dünәn gәlmişәm. Vağzaldan
            birbaşa evimizә tәrәf getdim, ancaq evimizi yerindә tapmadım. Bizim
            hәmişә tozlu-torpaqlı, qışda isә boğaza qәdәr palçıq olan әyri-üyrü küçә -
            mizin yerindә geniş vә yaxında döşәnmiş bir küçә gördüm. Şәhәrin bu
            başından o başına qәdәr göz işlәdikcә görünәn bir küçә. Tramvayların ardı
            kәsilmirdi, zәng sәslәri küçәni doldurmuşdu. Evimizin dalında, hәmişә
            peyinlә dolu olan döngәdә gözәl beşmәrtәbәli bir ev yüksәlirdi. Adamlar
            da dәyişәn kimi olmuşdu. Әbәdi yas vә tәziyә tәsiri buraxan qara çadralara
            bürünmüş yekrәng insan kölgәlәri әvәzinә, küçәdә indi mәsud gәncliyin
            xoş qәhqәhәlәri yüksәlirdi.                                            117
                – Hә, demәk sizin evinizin yerindә küçә salınmışdır?
                – Necә yәni bizim evimizin yerindә? Bәs qonşuların evlәri? Bütün
            köhnә, böyrü üstә әyilmiş Çәnbәrәkәnd yox olmuşdur. Mәn şaşıb qaldım.
            Qәbiristana getmәk üçün tәpәyә qalxdım. Yolu çox yaxşı xatırlayırdım.
            Amma nә fayda ki, qoca qәbiristandan onun köhnә hasarından, çala-çuxu-
            rundan, sökülmüş köhnә qәbirlәrin açdığı uçurumlardan bir әsәr görmәdim.
            Atamın da qәbrini tapmadım. Bu әbәdi sükut dünyasının yerindә geniş
            xiyabanlı, qәşәng bir park әmәlә gәlmişdir, atamın qәbri yerindә isә bir
            çiçәklik salınmışdır. Lakin tapmadım. O dar, sürüşkәn cığırın yerindә as-
            faltla döşәnmiş, minik vә yük maşınlarının, avtobusların aramsız hәrә -
            kәtindәn qara ayna kimi parlayan geniş bir yol gördüm. Mәnә elә gәldi ki,
            burada bir zәlzәlә olmuş, vulkan köhnә vә qaranlıq Çәnbәrәkәndi batıraraq,
            әvәzindә, yerin dәrinliklәrindәn tәmiz evli, geniş küçәli, gözәl, yaşıl parklı,
            әlvan çiçәklәrlә gülümsәyәn, bahar nәşәli yeni bir şәhәr çrxarmışdır. Mәn
            vağzala dönmәli oldum...
                – Bu gördüklәrin pis şeymidir?
                – Demirәm ki, pisdir. Axı bәs ailәm, qoca anam necә oldu? Qoca,
            avam, savadsız vә kömәksiz qadın hara pәnah apara bilәr? Bәs kiçik bacım,
            arvadım?
                – Sizin burada arvadınız qalmışdımı?
                Müsahibimin rәngi birdәn dәyişdi. O, dәrin bir ah çәkib:
                – Atam ölәndәn sonra, – deyә cavab verdi, – anam evlәrdә paltar
            yumağa başladı, qәpik-quruşla aclıq içәrisindә yaşadıq, soyuq qışları ac vә
            çılpaq keçirdik. Aprel inqilabından sonra küçәdә mәnә bir kişi rast gәldi.
   688   689   690   691   692   693   694   695   696   697   698