Page 1118 - antologiya - poeziya_175x250_Layout 1
P. 1118

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Evlәnәndәn sonra isә biz onunla burada beş-altı ay kira yәnişin yaşa -
                    mışdıq vә burada davamlı qalmağa, yaşa mağa onda bizim, necә deyәrlәr,
                    nәfәsimiz çatmamışdı.
                        İki il әvvәl yenidәn gәlmişdik. Bu dәfә gәlmәmişdik, külәk bizi
                    gәtirmişdi. Әlbәttә, buralar da, biz özümüz dә dәyişmişdik.
                        Tәmasımız alınsa da, әvvәlki sәrbәstlik vә qayğısızlıq yox idi. Serafi-
                    mov Posadda bizim kolbasa seximiz vardı.
                        Bu sexi bәrpa etmәk, avadanlığı sazlayıb işlәk vәziy yәtә gәtirmәk,
                    kömәkçi binaları, soyuducu kameraları qaydaya salmaq Qulya üçün tanış
                    mәşğuliyyәt idi.
                        O, bu işlәri elә keyfiyyәtlә yerinә yetirirdi ki, sanki öm rü boyu burada
                    qalıb sex işlәdәcәkdi. Qulya ciddi texnoloq idi, ancaq biz sexi yalnız iki il
                    işlәdә bildik: bazardan uzaq lığımız satışı әngәllәdi vә biz müflislәşdik.
              542       İstehsalın qurulmasına xeyli vәsait xәrclәmiş maliyyәçimiz ziyanın
                    yarısından qayıtmağın xeyri haqqında hәqiqәti dәrk edәrәk, bir gün
                    Yaroslavldan bizim yanımıza gәldi vә belә dedi:
                        “Надо бы прекратить эту музыку а, Гуля, как ты думаешь?”
                        Әldәn-әlә keçәrәk dağılmış, avadanlığı sıradan çıxmış bu sexin
                    yenidәn qurulması üçün o da, Qulya da çox әziyyәt çәkmişdi: ümid edirdilәr
                    ki, avadanlığı tәmir etdirmәklә, sexin istilik, su tәchizatı, soyuducu, kanali -
                    zasiya sistemlәrini yenidәn qurmaqla yaxşı mәhsul istehsal edib, qısa bir
                    vaxt içindә vәziyyәtdәn çıxa bilәcәklәr.
                        Bizim buraxdığımız kolbasa mәhsulları keyfiyyәtcә Moskvanın adlı-
                    sanlı kombinatlarının mәhsulundan geri qalmırdı, ancaq bizdә, mәnim
                    köhnә siyasi-iqtisad biliklә rimdәn doğan qeyri-texnoloq zәnnimcә, onlardan
                    fәrqli olaraq, iki şey çatmırdı: yeni texnoloji imkanlar nәticәsindә maya
                    dәyәrin aşağı salınması ilә aşağı keyfiyyәtli malın әmtәә görkәmini
                    yaxşılaşdırmaq vә... әlbәttә, ticarәtin hәrәkәtverici qüvvәsi – reklam! Bizim
                    “rәqiblәrimiz” tele kanalların әn aparıcı verilişlәrinә sponsorluq edirdilәr.
                        Rus cәmiyyәti medianın dediyi sözә daha etiqadlıdır.
                        Maliyyәçimiz dedi ki, Moskva kombinatlarının yerlәr dә, hәtta nisyә
                    verilәn malını alıb-satmaq ona, öz fәrdi istehsalından fәrqli olaraq, 20 faiz
                    gәlir verir.
                        – Burada isә mәnim aylıq ziyanım dörd min dollardan artıqdır, –
                    maliyyәçimiz peşmançılıq hissi keçirmәdәn әlavә elәdi.
                        – Dözmәk lazımdır, – Qulya dedi. – İstehsalı azaltmaq, yüz kiloqram-
                    larla deyil, kiçik partiyalarla satış prinsipinә keçmәk lazımdır. Bunun üçün
                    bizә burada nәqliyyat lazım dır ki, biz özümüz dә әtraf kәndlәrlә, rayonlarla
   1113   1114   1115   1116   1117   1118   1119   1120   1121   1122   1123