Page 1122 - antologiya - poeziya_175x250_Layout 1
P. 1122

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    Bu mәnada o mәnim tam әksimdir vә görünür, Allahın mәrhәmәti altında
                    elә buna görә biz hәyatımızı böyük qәza lara uğramadan yaşaya bilmişdik.
                        Biz Qırmızı meydana çıxıb, yavaş-yavaş Kremlin Spas darvazasına
                    tәrәf addımladıq. Hәmişә olduğu kimi, meydanda yalnız turistlәrdi.
                        Vaxtilә moskvalılar onların hamısını kinayәli tәrzdә “şәhәrimizin
                    qonaqları” adlandırırdılar.  O vaxtlar Moskva özünün lәhcәsi, sәkkiz milyon
                    daimi sakini, üç milyon isә hәr gün gәlib-gedәn qonaq-qarası ilә hamı üçün
                    böyüklük, nәhәng lik, eyni zamanda bir әlçat mazlıq vә zәnginlik rәmzi idi.
                        Deyilәnlәrә görә, indi bu şәhәrin sakinlәrinin sayı az qala iki dәfә
                    artmışdı vә şәxsәn mәn o zamanlar olduğu kimi, indi dә bu, gecә-gündüz
                    dәhşәtli sürәtlә fırlanan insan vә hәyat dәyirmanının dәrinliklәrinә girmәk
                    istәmirdim. Bilirdim ki, oradan geriyә qayıtmağa yolu mәn bir dә heç zaman
                    tapa bilmәyәcәyәm.
                        Mәn bu meydanı uşaqlarıma göstәrdim, buradakı bәzi şeylәrin tarixinә
              546   aid bir neçә kәlmә izahat verdim, fotoaparatla onların şәkillәrini çәkdim.
                    Kim bilir, bir dә nә vaxtsa bizim ailәmizin buralara qayıdışı olacaqdımı?
                        Mәn dә, yәqin ki, Qulya da neçә illәr әvvәl ilk dәfә bura birlikdә
                    gәldiyimizi xatırlayırdıq.
                        – Yadındadı, biz orada şәkil çәkdirmişdik, – mәn günbәzli mәbәd tәrәfi
                    göstәrәrәk, Qulyaya dedim.
                        Onda fotonu dәrhal çıxaran aparatlar yox idi vә mәn sonradan gәlib
                    aldığım o fotoları haradasa itirdiyimә görә hәlә dә Qulyanın yanında
                    xәcalәtli idim. Ancaq indi bunu yalnız Qulyanın kefini azacıq da olsa açmaq
                    cәhdilә demişdim, çünki bizim hәyatımızda bu meydanla bağlı yeganә, kef
                    açmayan da olsa, fakt hәmin itirilmiş fotolar idi.
                        – Hardaydı? – Gülya mәn göstәrәn sәmtә baxa-baxa astaca soruşdu.
                        Uşaqlar da nәsә soruşdular, mәn tәәssüflә dedim:
                        – Onda hәlә siz yoxuydunuz.
                        Uşaqları tәәccüblәndirәn, әlbәttә, onların özünün nә vaxtsa bu dünyada
                    olmamaqları yox, xeyli o tәrәfdәki darvazadan kefi istәyәn hәr kәsin bu
                    möhtәşәm Kreml divarlarının arxasına, Rusiya prezidenti iqamәtgahının
                    hәyәtinә keçә bilmәsinin mümkünlüyü idi. Biz o tәrәfә getdik.
                        Burada baş vermiş yeniliklәri – atlı heykәli, Manej meydanındakı
                    dekorativ tikintilәri, sökülmüş “Moskva” mehmanxanasını, atlarla dolu fәv -
                    varәlәri-filanı mәn televizorda görmüşdüm vә yaddaşımın bu şәhәrlә bağlı
                    әbәdi xatirәlәrini korladıqlarına görә mәn onları o qәdәr dә xoş lamırdım.
                        Mәn indi Әli ilә İbrahimә necә izah elәyәydim “Moskva” mehman -
                    xan asının ikinci mәrtәbәsindәki restoranda alışarlı qoca Mәhәmmәd kişi ilә
                    ömrümün әn dadlı qırmızı borşunu yediyimi?
   1117   1118   1119   1120   1121   1122   1123   1124   1125   1126   1127