Page 1127 - antologiya - poeziya_175x250_Layout 1
P. 1127

Sÿfÿr Alûøarlû


                Tәәssüf ki, bu müqayisәlәri aparmaq vә onların rayihәsini keçmişin,
            yәni itirilmiş gәncliyin gözәlliyinә calamaq üçün adam özü dә mütlәq
            qocalmalıdır. İtirdiklәriniz haqqında hikkәsiz düşünmәyi öyrәnin.
                Mәn baş girişin pillәkәnlәri üstünә qalxmadım, şüşә xonçalı ağır
            qapının incәlmiş ağac әlcәyinә toxunmadım, zirzәminin hәyәtә boylanan
            balaca pәncәrәlәri önündәn keçib, tini buruldum vә özümdәn asılı olmadan
            әlimi binanın avqustda da qızmayan sәrin canına toxundurdum. Nәdәnsә
            bu anlar mәnim üçün çox xoş oldu: heykәlin yanında mәni gözlәmәsәydilәr,
            bәl kә dә, bir neçә saat bu hәyәtdә daşı-divarı, ağacları sığallaya-sığallaya
            gәzib dolanar, heykәlin dediyi kimi, “olub-keçәnlәr” haqda bir daha
            fikirlәşәrdim.
                İndi vaxt darısqallığı üzündәn mәn fikirlәşmәk istәmirdim, bu hәyәtlә
            bağlı mәnim yaddaşımda olanların hamısı ildırım sürәtilә şaxıyıb bir anın
            içindә yox olurdular.                                                  551
                Rәhbәrliyin gözünә görünmәmәk üçün mәhz bu tindә dayanıb, tәnәffüs
            zәnginin vurulmasını gözlәyirdim ki, içәri gedim.
                Mәn Qulyanı kәndә qoyub qayıtmışdım vә hәmin an Kreml divarının
            dibindә çoxdan ölmәyә hazırlaşan bir kişini dәfn edirdilәr.
                Әslindә hәmin vaxt şәhәrin mәrkәzi hissәsinә nәqliyyatın girişi tam
            dayandırıldığına görә mәn dәrsә gecikmişdim.
                Moskvanın mәrkәzindә gecә saat 3-4-dә dә elә sakitlik olmur. Üçüncü
            mәrtәbәlәrdәki qapalı, ikiqat pәncәrәlәrdәn lektorun rәvan nitqinin yorğun
            avazı eşidilirdi.
                Birdәn toplardan açılan yaylım atәşi gurladı vә әtraf binaların fasa -
            dında әks-sәda verәn bu atәş sәsinә cavab olaraq, bağdakı uca ağac lardan
            havaya qalxmış böyük qarğa dәstәsi qarıldadı: “Qaaarrrrr-a-a-a-a-a-arar-
            arar!”
                Çox-çox sonralar bir amerikalı tәsadüfәn mәnә izah elәdi ki, qarğa adi
            quşlardan çox fәrqlәnir. O dedi ki, qarğa xәbәrin rәmzidir. Özü dә adәtәn
            pis xәbәrin rәmzidir. Mәn onunla tam razılaşmadım, çünki mәnim
            doğulduğum mәmlәkәtdә xәbәr rәmzi qarğa yox, sağsağan idi. Vә sağsağan
            bizim evә hәmişә, yanlışsız olaraq xeyir xәbәrlә gәlmişdi. Ona görә dә mәn
            amerikalının heç nәyinә xәtir sağsağanın haqqını qaralayıb qara qarğaya
            verә bilmәzdim.
                Moskvanın mәrkәzindә bu burjua malikanәsinin mәnim hәyatıma nә
            dәxili ola bilәrdi? Mәn bura nә üçün gәlib çıxmışdım? Qısa insan ömrünü
            әn adi şeylәrdәn ötrü belә uzaq mәsafәlәrә xәrclәmәyә nә hacәt varmış, gö -
            rәn, ey böyük sәnәtkar!
   1122   1123   1124   1125   1126   1127   1128   1129   1130   1131   1132