Page 1123 - antologiya - poeziya_175x250_Layout 1
P. 1123

Sÿfÿr Alûøarlû


                Nә mehmanxana varıydı, nә qoca Mәhәmmәd kişi, nә o dad, nә dә
            növ rağı pozulmuş hәmin xatirәlәrin bütöv mәnzәrәsi...
                Bütün bunların olmadığı yerdә keçib-getmiş ömrün qәti vә tәk zi b e dilmәz
            bir zaman forması Kremlin on yeddinci qüllәsi kimi yuxarıdan aşağı mәnә
            baxa-baxa sanki tәslim olmağı tәlәb edirdi. Mәgәr mәn müqavimәt gös -
            tәrirdim?
                “İtirdiklәriniz haqqında hikkәsiz düşünmәyi öyrәnin”, – bunu bizә bu-
            radan bircә kilometr o yanda yerlәşәn binada qoca bir müәllim deyirdi:
            “Çünki siz dünyanın bütün boşluqlarını doldurmaq üçün yaradılmış anti-
            vakuum maşınlarısınız. Vә darvazadan içәri keçәndә sol tәrәfdәki pәncә -
            rәyә salam verin: orada maşınları çox sevәn Platonov yaşayıb.”
                Maşınlara olan sevgisini hәr sәhәr hәyәt süpürgәsilә bölüşmәyә vә elә
            o zaman da antivakuum istehsalı ilә mәşğul olan bu minizavodun bir
            küncündә yaşamağa mәcbur olduğuna görә Platonova bizim heyifimiz       547
            gәlirdi. Ancaq pәncәrәyә salamı heç dә hamı vermirdi.
                Mәnim uşaqlarım  Aleksandr bağının darvazaları qәdәr böyük vә
            tәmtәraqlı darvaza heç yerdә görmәmişdilәr. Ayaq lәngitmәklә mәn onlara
            imkan verdim ki, bu darvazaların tәkcә ölçülәrini deyil, hәm dә bәzәk-
            düzәklәrini, dümdüz qamәtini, әn başlıcası isә rus padşahı tәrәfindәn yüz il
            әvvәl buraya qoydurulduğunu yadda sax lasınlar. Çünki darvaza öz-
            özlüyündә başlanğıc vә sonuc әlamәtidir – bu iki mәfhumun mahiyyәtinin
            dәrki, zәnn edirәm ki, bu dünyada tәkcә antivakuum maşın ları üçün yox,
            çox ları üçün gәrәklidir.
                Bu bağda namәlum әsgәrin alov, qranitlә vә tuncla bәzәnmiş mәzarı
            bundan başqa, sәhv etmirәmsә, bolşevik şәbihlәrilә dә bağlı tәmtәraqlı nәsә
            var dı. Fәvvarәlәrә tunc әzәmәti verәn atlar sanki yolun o biri üzündәki çar
            tövlә sindәn indicә çıxıb, su içmәk üçün hovuza tökülüşmüşdülәr.
                Amma qәribәdir ki, bu bağ mәnim üçün mövcud olduğu gündәn indi -
            yәdәk qoruyub saxladığı vә daha da gözәllәşdirdiyi mәnzәrә özәllik lәrilә
            deyil, heç zaman mövcud olmamış bir adamın hәyatında hәlledici bir hadi -
            sәnin mәkanı olduğuna görә әziz vә unudulmaz idi.
                Mәn uşaqlarıma bu haqda heç nә demәdim, çünki onlar Marqarita
            xanımı tanımırdılar.
                Biz Kütaf qüllәsindәn başlanan adam axınına qoşulub içәri getmәdik,
            vaxt imkan vermirdi. Hәr ehtimala qarşı mәn dedim:
                – Qalsın, inşallah, gәlәn dәfәyә.
                – E-eh, gәlәn dәfә... – Qulya mızıldandı. – Gәlәn dәfәyә kim ölә, kim
            qala.
   1118   1119   1120   1121   1122   1123   1124   1125   1126   1127   1128