Page 1121 - antologiya - poeziya_175x250_Layout 1
P. 1121

Sÿfÿr Alûøarlû


            geydirmә arağa dәyişәcәklәr.  Arağı içәndә isә onların heç yadına da
            düşmәyәcәk ki, o “eşşәklәri” kim, nә üçün düzәltmişdi. Onlar öz hәyatlarını
            çoxdan başa vurmuş adamlardı, onların bizi başa düşmәyә nә vaxtları, nә
            dә hәvәslәri vardı.
                Rusiya hökumәtinin cәfәng iddiaları nәticәsindә Azәrbaycanın mil -
            yonlarla ton natural şәrabından әli üzül müş rus әyalәti, texniki spirtin ağılı
            başdan dәrhal çıxaran hәr cür fraksiyasını içәrәk kütlәvi şәkildә qırılırdı.
                Lakin qırılmazdan әvvәl rus xalqının bir keflәnmәyi, bir dә ertәsi gün
            “poxmelitsa” elәmәyi vardı: prinsipcә mülayim, mehriban tәbiәtli rus xalqı
            bu iki – әqli cәhәtdәn tutqun, fiziki cәhәtdәn dәli vә amansız anlarında
            dünyanın әn dәhşәtli bir varlığına çevrilirdi.
                Mәn heyifsilәnmirdim. Maliyyәçimizin bizdәn imti nasına baxmayaraq,
            Moskvadan iki yüz kilometrlik bu mәsa fәdә, bәlkә dә, qalıb mәskunlaşmaq,
            müxtәlif vasi tә lәrlә kredit almaq, işә yeni donorlar vә şәriklәr cәlb etmәk -  545
            lә istehsalı davam etdirmәk olardı.
                Mәn sakitliyi, hәr cür hay-küydәn kәnarda yaşamağı sevirәm vә çox
            böyük mәmnuniyyәtlә sexin әtrafındakı çöl lükdә bir parça torpağı çәpәrә
            alıb, abadlaşdırar, orada uşaqlarım üçün ev tikәr vә ömrümün axırına qәdәr
            bu soyuq torpaqda öz isti duyğularımla әllәşәrdim.
                Amma rus adamının fiziki vә әqli cәhәtdәn bir-birini tamam layan o iki
            halı bu soyuq torpağa axıradәk ürәk qızdırmağa imkan vermirdi.
                – Bu sex orada bizim әlimizdә olsaydı, bütün şәhәri kolbasaynan tәmin
            edәrdik”, – hәrdәn Qulya “oranı”, bizim uzaqlarda qalmış günәşli vәtәni -
            mi zi, nәzәrdә tutaraq deyirdi.
                Mәn ona cavab vermirdim. Qulyadan fәrqli olaraq, orada mәnim sәnә -
            tim insanlar üçün kolbasa istehsal etmәk deyil di. Әtlә işlәmәkdәn mәnim,
            ümumiyyәtlә, xoşum gәl mirdi.
                Mәn özümü Qulyanın da, İbrahimin dә, hәtta bizim günәşli vәtәnimiz -
            dә qalıb, bizdәn ayrı yaşamaqla tәhsilini davan etdirәn Әlinin dә qarşısında
            günahkar sayırdım, çünki bizim başımıza gәlәn bu macәra, yәqin ki, bir az
            da mәnim heyvan öldürmәyi xoşlamayan sәnәtimin ucbatından ol muşdu.
                Xoşbәxtlikdәn, biz nә sәnәtimizlә, nә dә ailә qurulu şumuzla bağlı öz
            keçmişimizdә sәhv axtarmırdıq: belә alınmışdı, biz bunu olduğundan bir az
            da yumşaq qәbul edib yaşayırdıq.
                Ümumiyyәtlә, Qulyanı geri boylanmağa, olub-keçmiş lәri dönә-dönә
            xatırlamağa, dәrindәn tәhlil etmәyә hәvәsli adamlardan saymaq olmaz, o
            hәmişә bir az tәlaş, bir az da qorxu ilә dә olsa, yalnız irәli baxmağı xoşlayır.
   1116   1117   1118   1119   1120   1121   1122   1123   1124   1125   1126