Page 1117 - antologiya - poeziya_175x250_Layout 1
P. 1117

Sÿfÿr Alûøarlû


            sürüşdürüb ala bildiyimiz cır-cındır indi hәr addımbaşı adama “gәl-gәl”
            deyirdi.
                Ölkәdә sanki demokratik inqilab yox, cında inqilabı baş vermişdi.
                Biz asta addımlarla Qırmızı meydan tәrәfә gedirdik vә vaxtilә yüz
            dәfәlәrlә önündәn keçdiyim bu bәzәkli vitrin lәrin böyük şüşәlәrindә ailәmin
            әks olunan şәkli mәnim bu küçәlәrdә qalmış gәnc tәlәbә obrazımı yadıma
            salırdı.
                İndikindәn fәrqli olaraq, harasa tәlәsәn o gәnc bu şәhәrin iti ahәngilә
            tam qaynayıb-qarışır, әtrafdakı başqa adamlardan seçilmirdi.
                İndi biz seçilirdik. Әn azı, addımbaşı rastlaşdığımız silahlı rus polislәri,
            rәhmәtlik şairin sözü olmasın, bizim milyonlar keçәn bu sәki ilә addım -
            lamağımızın fәrqindә idilәr.
                Mәnim uşaqlarımın bu şәhәrlә bağlı heç nәyi yox idi: onlar rus dilindә
            dә yaxşı danışa bilmirdilәr; yalnız onu bilirdilәr ki, onların atası burada oxu -  541
            yub. Keçmişlә bağlı özgә xatirәlәri onları maraqlandırmırdı. Onların gәnc -
            liyin әbәdiliyinә, qocalığın isә maraqsız lı ğına şübhә etmәyәn vaxtı idi.
            Ümumiyyәtlә, Moskva o şәhәr lәrdәndir ki, orada adamı özündәn başqa heç
            nә maraq landırmır. Onların ikisi dә mәn buradan qayıdandan sonra
             do    ğu l    muşdu  vә  bu  qayıdışdan,  bu  doğuluşdan  sonra  bu  şәhәrlә  bizim
            aramızda olan üç min kilometrlik mәsafә boyu elә hadisәlәr baş vermişdi
            ki, onlar nәinki uşaqları, hәtta yaşlı adamları vә bu şәhәr uğrunda faşistlәrlә
            vuruşmuş sinәsi medallı qocaları da çaş-baş salmışdı.
                Әli birinci sinfә gedәndә Qulya mәnә dedi: “Gәl onu rus mәktәbinә
            qoyaq.” Mәn ona “tәklifin gecikmәsi” haqqında çoxdan eşitdiyim gülmәli
            bir lәtifә danışdım. Qulya gülmәdi, amma mәnim seçimimlә razılaşmalı
            oldu.
                Onda mәn әmin idim ki, vaxt gәlәcәk, uşaqlarımız ana dilini gözәl
            bilmәklә öz hәyatlarını istәdiklәri kimi qura bilәcәklәr. Bunun üçün mәnim
            nәlәr etdiyimi, nәlәrdәn keçdiyimi vә nәlәri qurban verdiyimi Qulyadan
            yaxşı kim bilirdi?
                Qulya mәnim burada keçirdiyim tәlәbәlik illәrinin hәr gününә bәlәd
            idi. Biz telefonda uzun-uzadı danışırdıq, bir-birimizә sovet poçtunun xırdaca
            konvertinә sığmayan “dastan” mәktublar yazırdıq, tәtillәri bir yerdә olurduq.
            Bu şәhәr vә o günlәr haqqında Qulya çox şeyi bilirdi vә kim bilir, bәlkә,
            vaxtilә mәni sevdiyi kimi dә Qulya bu şәhәri sevirdi.
                Qulya o vaxtlar da bura bir neçә dәfә gәlmişdi, biz onunla küçәlәri,
            parkları, dükan-bazarları әlәk-vәlәk elәmiş dik, hәtta mavzoleyә girmәk
            üçün bir dәfә növbәyә dә da yan mışdıq.
   1112   1113   1114   1115   1116   1117   1118   1119   1120   1121   1122