Page 1112 - antologiya - poeziya_175x250_Layout 1
P. 1112
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Nazim bilmәdi nә cavab versin, tәrlәdi, saldı başını aşağı:
– Bağışlayın, bilmәmişәm, xәbәrim olmayıb, müәllim.
Müәllim:
– Bir içәri gir görüm. Axı nә olub, nәyi bağışlayım?
– Getmәyin, görüşә getmәyin. Sizi biabır etmәk istә yirlәr, tәlә qurublar.
Müәllim Nazimi zorla otağa çәkdi, bir stәkan çay töküb qabağına
qoydu.
Bayaq Nazimin gәtirdiyi mәktub stolun üstә idi.
Müәllim özünә dә bir çay tökdü vә gәlib Nazimlә üzbә üz oturdu.
– Nazim, mәn onsuz da getmәyәcәkdim. Mәnim şәhәr dә nişanlım var.
Bu yaxınlarda toyumuz da olacaq. Hәlә sәni dә çağıracağam toyuma. Çayını
iç, soyutma.
Nazimi yola salarkәn müәllim onun içmiş olduğunu nәzәrә alıb:
536 – Bәlkә, sәni evinizәcәn ötürüm?
– Yox, yox! Özüm gedәcәm!
Nazim bir az aralanan kimi bayaq stolun üstündәn gö tür düyü mәktubu
açıb oxudu. Evә getmәdi, getdi Әzi zәnin gözlәyәcәyi yerә. Gedirdi deyә ki,
müәllim heç zaman sәni sevmәyәcәk, nişanlısı var. Özü dә bu gün-sabah
toyu ola sıdı. Nazimә elә gәldi ki, Elşәn dünyanın әn pis adamıdır. Axı, Әzizә
yaxşı qızdır! Amma Ülkәr ondan da yaxşıdır.
Gәlib çatdı bağın başına. Ora-bura baxdı, heç kәsi görmәdi.
– Әzizә! Әzizә! – deyә bir-iki dәfә Әzizәni sәslәdi. Ağaclıqdan kim
isә çıxdı vә Nazim yerindәcә qurudu, gecik mişdi:
– Әliş dayı?
– Zәhrimar, Әliş dayı, çor, Әliş dayı! Ә, heç bu sir-sifә tindәn, boy-
buxunundan utanmırsan? Ә, niyә ölmürsәn?
– Әliş dayı, Hәzrәt Abbas haqqı...
– Hәzrәt Abbas qәnimin olsun! Ә, niyә gedib boğazına çatı salmırsan?
Mәnim qızım sәnin tay-tuşundur?
Üzünә dәyәn qәfil şillәdәn Nazim sәntirlәdi vә yıxıldı.
– Әliş dayı, bir qulaq as dә! Bir...
– Heç nәyә qulaq asmıram, asmaq da istәmirәm. Düş qabağıma! Nazim
hiss elәdi ki, Әliş dayı onu bu görkәmdә atasının yanı na aparmaq
istәyir.
Gördü ki, kişi bәrk dirәnib, yalvarmağın xeyri yoxdur.
Düşdü sәdrin qabağına.
Nә etsin? Desinmi ki, bunlar hamısı Elşәnin, Әdalәtin tәlәsidir. Necә
desin? Bәs kişilik? Bir dә ki, lap Qurandan don geysә, Әliş dayı inanmaz!
Yer yarılsa, girәrdi yerә.