Page 1110 - antologiya - poeziya_175x250_Layout 1
P. 1110

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Dartıb elanı qopartdı.
                        ...Hәmişәki kimi içәri tünlük idi. Mәktәbli uşaqlar Nazimi görәn tәki
                    sivişib aradan çıxdılar. Bilirdilәr, Nazim tutacaq qulaqlarından, deyәcәk ki,
                    a bala, gedin kitab oxuyun, elm öyrәnin, klubdan – özü dә belә klubdan sizә
                    xeyir gәlmәz. Xeyir gәlsәydi, Gövdә Elşәn çoxdan alim olmuşdu.
                        Nazimi çәkib oturtdular domino stoluna.
                        – Oynamaq istәmirәm!
                         – Bәlkә, pulun yoxdur?
                        Nazim әlini saldı cibinә, bayaq Vәlinin qoyduğu iyirmibeşliyi çıxarıb
                    çırpdı stolun üstünә.
                        Gövdә Elşәn:
                        – Boy! Ә, sәn sәdrin qızına elçi gedә bilәrsәn ki!
                        Yarım saat çәkmәdi ki, “sәdrin kürәkәni” iyirmibeşliyi dә, üstәlik
              534   anasının toy üçün verdiyi on üç manatı da verdi fәlәyin badına, uduzdu.
                        Tay-tuşları bir-bir başladılar çıxmağa ki, toya getsinlәr. Nazim isә
                    pulları uduzmuşdu.
                        – Elşәn, mәnә on üç manat ver dә!
                        – Qәpik dә!
                        – Elşәn, sәn canın, iki-üç günә qaytaracağam. Elşәn getdi fikrә:
                        – Bir şәrtnәn!
                        – Şәrt nәdir, ә?
                        Elşәn cibindәn bir kağız çıxartdı.
                        – Bunu apar ver Hәsrәt müәllimә.
                        Hәsrәt müәllim kәnddә tәzә işlәyirdi. Әvvәllәr hәrdәn kluba da gәlәrdi –
                    şahmat oynamağa.
                        Sonralar gördü ki, burda “maraqlı” etmәk üçün nәrdin, dominonun
                    altına üçdәn-beşdәn qoyurlar. Bu da müәllimin xoşuna gәlmәmişdi. Kolxoz
                    iclasında istәmişdi durub danışsın, klubun müdiri dә iki nәfәrlә kәsmişdi
                    qabağını ki, müәllimsәn, get dәrsini de, maaşını al. Nazim dә bilirdi ki, bu
                    cılız müәllim kәndә gәlәndәn sәdr Әlişin  qızı Әzizәnin oxumadığı sevgi-
                    mәhәbbәt kitabı qalmayıb. Әzizә dә o Әzizә idi ki, hәlә neçә il әvvәl Elşәn
                    onun adını yazmışdı qoluna. Nazim onu da bilirdi ki, Elşәn klub müdiri ilә
                    müәllimin qarşısını kәsәndәn sonra, necә deyәrlәr, ondan bir balaca silir.
                    Sonralar, lap sonralar öyrәndi ki, hәmin gecә o cılızca müәllim Elşәni
                    götürüb atıbmış çaya.
                        –Niyә özünüz vermirsiniz?
                        – Biznәn arası yoxdur. Sәnin xәtrini çox istәyir. Nazim kağızı alıb
                        baxdı:
   1105   1106   1107   1108   1109   1110   1111   1112   1113   1114   1115