Page 1132 - antologiya - poeziya_175x250_Layout 1
P. 1132

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Bәlkә, tәsәvvür elәyә bildiyinә görә dә Sәlvi ilә görüşә indi o qәdәr
                    dә can atmırdı. Araya bir iş düşәndә, bәhanә tapılanda sevinirdi. Ancaq
                    sonra özünü söyә-söyә, kiminsә üzünün suyunu tökә-tökә açarını aldığı
                    otaqda keçirdiyi iki-üç saata da sevinirdi, Sәlvini ona yetirdiyi üçün
                    yaradana dua elәyirdi.
                        Sәlvi ilә tanışlığı avtobusdan başlamışdı. Sәhәr-sәhәr uşağı bağçaya
                    aparanda hәmişә basırığa düşürdü. Vә gün lәrin bir günü qarayanız, suyuşirin
                    bir qız ondan uşağı alıb qucağına oturtdu. Bir dәfә belә, iki dәfә belә, üç
                    dәfә belә, sonra bu tәsadüfi görüşlәrә öyrәşdilәr. Uşağın ona getmә yin dәn,
                    kirimişcә qucağında oturmağından qızın xoşu gәlird i; uşağı danışdırırdı,
                    saçını sığallayırdı, oxşayırdı, hәtta artıq uşaq üçün әl çantasında konfetdәn,
                    peçenyedәn nәsә gәz dirirdi. Onlar ilk dәfә rastlaşanda qış idi; palto, papaq,
                    qırmızı şәrf.
                        Qış çıxdı, yaz girdi, Sәlvinin ipәk saçlarının yum şaq lığı, dәrisinin
              556   hamarlığı, boynunun zәrifliyi hiss olundu. Sәlvi özünә, bәzәk-düzәyinә fikir
                    verirdi, elә bil onunla görüşә gәlirdi, elә bil bәzәk-düzәkli otaqda gözә xoş
                    görünsün, nәzәri çәksin deyә, hәr gün nәyinsә yerini dәyişirdi. Bәzәn
                    rastlaşmırdılar – Sәlvinin gözlәri umu-küsü elәyirdi; bәzәn tәk olurdu –
                    Sәlvi nigaran qalırdı. Hәrdәn dә uşaqla әylәndiyi yerdә birdәn-birә duru -
                    xurdu, sifәti kölgәlәnirdi, gözlәri yol çәkirdi.
                        O, bu qüssәnin sәbәbini başa düşürdü, bilirdi Sәlvinin ürәyindәn
                    keçәnlәri – kaş bu uşağı o doğmuş olaydı, belәcә bir yerdә uşağı bağçaya
                    aparaydılar, bağçadan gәtirәydilәr, indiki sәddi qırıb onunla danışaydı, nәsә
                    soruşmaq üçün qoluna toxunaydı, heç kimdәn çәkinmәdәn üzünә gülümsә -
                    yәydi. O, Sәlvini intizarda çox qoymadı…
                        Yaxşı ki, Sәlvi onu incitmirdi, ürәyini әlәk-vәlәk elәmirdi, astarına çe-
                    virmirdi. O da Sәlviyә әxlaq dәrsi vermirdi, arvad-uşaqlı kişinin subay, ca-
                    vanca bir qıza tay olmadığını söylәyib onu haqq yoluna qaytarmağa
                    çalışmırdı. Onsuz da haçansa ayrılacaqdılar, gec-tez nәsә olacaqdı, ya
                    birdәn-birә, ya yavaş-yavaş. Onsuz da hәyat da müvәq qәtiydi. Yel, miokard,
                    astma…, ya avtomobil qәzası.
                        Bir dә gördün arvadı şikayәtlәnirdi, deyirdi nә olaydı, bir dәfә dә bizim
                    bәxtimiz gәtirәydi, nәsә tapaydıq, ya maşından-zaddan udaydıq. Düzdü,
                    onların bәxti gәtirib maşın-zad udmurlar, di gәl, gündә nә qәdәr adam maşın
                    altına düşür, ya çayda boğulur, pillәkәndәn aşır. Onların hәlә ki, bu sarıdan
                    da “bәxtlәri gәtirmir”. Buna da şükür.
                        Hәrdәn könlünә toxunanda, görüşünә getmәyәndә, ya elә-belә darı -
                    xanda quş olurdu, uçub Sәlvinin pәncәrәsinә qonurdu. İstәyirdi beş addım
                    oyandakı Sәlvini, onun necә baxdığını, gülümsәdiyini, kimәsә nazlandığını,
   1127   1128   1129   1130   1131   1132   1133   1134   1135   1136   1137