Page 1133 - antologiya - poeziya_175x250_Layout 1
P. 1133

Saday Budaqlû


            kimdәnsә küsdüyünü görsün, yad adamlar içindә dolaşan yad tәbәs sümlü
            bu qızın onun olduğuna özünü inandıra bilmәsin, bir az qüssәlәnsin, әzab
            çәksin, özü özünü bir az ağrıtsın.
                Sәlvinin otağı bapbalaca idi. Bu bapbalaca otaqda qapının girәcәyindәn
            iri güzgü asılmışdı. Sәlvi o güzgünün qabağında sığallanırdı, daranırdı,
            hәyәtә düşәndә dә, nә üçünsә mağazaya qaçanda da tәlәsik güzgüyә
            boylanırdı. Qadın bәzәnirsә, demәk, istәyir xoşa gәlsin, diqqәti çәksin,
            sevilsin. Ancaq kişilәrin çoxu sadәlövhdü; elә bilir büruzә versә, hiss
            elәtdirsә, qadın ondan inciyәr, onun haqqında pis düşünәr. Amma heç bir
            qadın sevildiyini hiss elәsә incimәz, özünü incimiş göstәrsә dә incimәz. Bu
            da çox vaxt unutduğu hәqiqәtlәrdәndi.
                Sәlvi ata-anasının tәk uşağı idi. Ondan böyük bacısı üç yaşında
            ölmüşdü. Qohum-qardaş yaylağa yeyib-içmәyә gedib lәrmiş, başları qarışır,
            bir dә görürlәr uşaq yoxdu. Axtarmadıqları, gәzmәdiklәri yer qoymurlar,  557
            meşәni ayaqdan salırlar, uşaq tapılmır ki, tapılmır. Anası başına-gözünә
            döyürmüş, deyirmiş yuxusunu görmüşdüm: görmüşdüm köç gedirik,
            arabadan bir quzu düşür, qışqırıram ki, a gözünüz tökülsün, görmürsünüzmü
            quzu düşdü, götürsәniz…
                Uşağı sәhәr qayıdıb tapıblar, süfrә açdıqları yerdәn bir azca aralıda.
            Demә onların başı qarışanda, uşaq gedib kolun dibindә yatıbmış. Ona görә
            dә gәzәnlәrin sәsini, harayını eşitmәyib. Deyir uşaq yan-yörәsini qazıq-
            qazıq elәyibmiş…
                Әhvalatı eşidәndәn o qız yadından çıxmırdı, gözünün qabağından get-
            mirdi. Necә olub tapmayıblar? Ağılları kәsmәyibmi ki, üç yaşlı uşaq uzağa
            gedә bilmәz? Bәs ürәklәri necә gәlib ki, evә qayıda biliblәr? Axır dözmәdi,
            hәmin ilә, hәmin günә qayıtdı, gecәnin bir alәmi yolunu o meşәdәn saldı,
            ağlamaqdan sәsi kәsilmiş uşağı tapıb bağrına basdı, öpә-öpә, әzizlәyә-
            әzizlәyә meşәdәn çıxartdı, aparıb dәrddәn üzülmüş ata-anasına qaytardı.
                Hәmin uşaq elә Sәlvi idi, bunu özü bilmirdi, ancaq elә ona görә
            evlәrindә hamı toxtamışdı, ona görә bu әhvalatı belә sakitcә xatırlayırdılar.
            Öz ürәyinә dә toxtaqlıq gәtirәn sonluğu Sәlviyә demәdi, çünki dedi-demәdi –
            fәrqi yoxdu, o vacibdi ki, uşaq meşәnin zinriyindә zülm-zülm ağlayıb
            anasını çağıranda, torpağı cırmaqlayanda, böyürdәn bir Allah bәndәsi
            çıxmışdı, qoymamışdı onsuz da ağrılı, әzablı dünyada heç nәdәn bir zülm
            dә olsun.
                Dünyada hamı istәyirdi dәrdi özündәn uzaqlaşdırsın, necәsә, nәylәsә
            tәsәlli tapsın.  Yaşamaq, doğrudan da, ağır iş idi. Nәlәr fikirlәşib
            tapmamışdılar, nәlәr quraşdırmamışdılar; mәktәbi dә vardı, zavodu da,
            әsgәrliyi dә, dustaqxanası da, kommunisti dә, kapitalisti dә, üstәlik, dәst-
   1128   1129   1130   1131   1132   1133   1134   1135   1136   1137   1138