Page 1130 - antologiya - poeziya_175x250_Layout 1
P. 1130
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Yağmursuz havalar
ünәn tualetdәn çıxıb kәmәrini bağlaya-bağlaya fikirlәşdi ki,
bәlkә, özünü öldürsün. Havalar birdәn-birә sәrinlәmişdi. Yatıb
Ddurmuşdular ki, axşamkı bürküdәn әsәr-әlamәt yoxdu, yağış
yağır, soyuq külәk әsir, camaat әyin-başını qalınlaşdırıb. Arvadı qab-qacaq
cingiltisi arasından yadlarına salmışdı ki, bu gün sentyabrın iyirmi ikisidi,
yәni bu gün payız girib, o da bircә gündә cildini dәyişmiş adamlara, şәhәrә
baxa-baxa tәbiәtin işinә әmәllicә heyrәt lәnmişdi.
Ancaq heyrәti tez keçmişdi, xırda-xuruş qayğılar onu üstәlәmişdi,
qanını bir balaca qaraltmışdı; gәrәk tәzә ayaq qabı alaydı, plaşı tәmizlәn -
mәyә verәydi, hәlә arvad-uşağa da nәlәrsә almaq lazım olacaqdı.
554 Bu narahatçılığa da çox davam gәtirmәmişdi, illәrlә yığdığı tәcrübә
әhdinә sadiq çıxmışdı. Doğrudan da, darıx mağa, kefini pozmağa dәymәzdi,
payızı, üstәlik, qışı da bir tәhәr yola verәcәkdi, yaz günәşi kürәyini qızdıran
kimi dә çәkdiyi bütün çәtinliklәri, qanqaraçılığını unudacaqdı, necә ki, şükür
Allaha, unuda-unuda gәlirdi.
Bürkünü, bu il özünü aldada-aldada, günü günә sata-sata axır ki,
getmәdiyi çimәrlik hәvәsini yuyub aparan hә min yağışdan sonra istilәr
birdәfәlik sındı. Yağmursuz, gü nәşli günlәr idi, şairlәrin dediyi әsl qızıl
payız idi, havalar sınmışdı deyә, elә bil tәmizlәnmişdi dә, indi heç olmasa
sinәdolusu nәfәs ala bilirdi. Nәdәnsә payızın belә günәşli günlәri hәmişә
onun yadına baharı salırdı, özü dә bir ilin, beş ilin baharını yox.
Durduğu yerdә haradansa burnuna tüstü qoxusu dәyirdi, adını
bilmәdiyi bir hiss dә bu tüstü qoxusuna qarışıb ona Novruz bayramını,
uşaqlığını xatırladırdı. “Xatırlamaq” bәlkә dә, yalan sözdü, çünki keçmişin
sehrinә bircә an düşürdü, nәyisә xatırlamağa heç macal da tapmırdı, uşaqlıq
illәri, keçirdiyi hisslәr, sevinci, ağrı-acısı sıxılıb-sıxılıb bircә ana sığışırdı.
Ona görә hәmin bircә anda baş aça bilmirdi ona nә olub, niyә doluxsunub,
ağlamaq istәyi dәrddәndi, xoşbәxtlikdәn.
Ümumi hәyәtli, ümumi tualetli, bir-birindәn taxta divarlarla ayrılmış,
üst mәrtәbәnin bitişik, dar artırmaları yeriyәndә asma körpülәr kimi yırğa -
lanan bu ikimәrtәbәli binadakı evlәr quş qәfәslәrinә oxşayırdı. Balaca bir
hay-küy hamını diksindirirdi, sәslәr, sözlәr evdәn-evә keçirdi, ağızdan-ağıza
düşürdü, çeynәnib-çeynәnib hәyәtә çıxırdı, o qәdәr dәyişirdi, bәzә nirdi, az
qala yiyәsi dә onu tanımırdı.