Page 1100 - antologiya - poeziya_175x250_Layout 1
P. 1100

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        Otaqda 4-5 adam var idi, havadan isә dava-dalaş qoxusu gәlirdi. Kimsә
                    özünü işlә mәşğul olan adam kimi göstәrsә dә, nәfәsini kәsib bu çağrılmamış
                    qonağı dinlәmәyә başladı. Kimsә dә, elәcәnә açıq dinlәdi. Әhmәd müәllimin
                    çaşqınlığını isә onlar verilmiş suala cavabın hәmişә olduğu kimi gecikmәsi
                    ilә deyil, әksinә, suala cavabın tәlәsik verilmәsilә müәyyәn etdilәr. Kamera
                    teatrında, sanki istirahәt saatı başlamışdı. Yox, teatrı, sadәcә unutmuşdular.
                    Әhmәd müәllim tәәccübdәn gözlәri böyümüş halda haman qalınşüşәli
                    eynәyini birtәhәr gözünә taxdı vә yazıq-yazıq bu çağrılmamış qonağa
                    baxaraq, az qala, birnәfәsә cavab verdi:
                        – Heç bir mәqsәdim yoxdur. Mәn sәndәn niyә gizlәnim ki?! Mәn
                    sәndәn qәtiyyәn gizlәnmirәm. Çox axtardım sәni o zaman, hara yox oldun,
                    bilinmәdi. Ancaq yuxuma girirdin. Hәr şey birdәn baş verdi. Mәnim nә
                    günahım?!
              524       “Ancaq yuxuma girirdin” sözlәrini eşidәn Qanturalı gözünü qaldırıb
                    otağın o biri başında oturan Selcan xanıma baxdı. Selcan xanımın yanaqları
                    allandı.
                        – Elәdi. – Qadın “mәnim nә günahım?” sözlәrinә cavab verirdi. – Mәn
                    nә deyirәm ki?! Göz yumub-açınca… Olsun. Neylәmәk olardı?! Bu işlәr
                    elә belә dә olur. Sәninlә nә zaman görüşә bilәrik? – Qadın әtrafına gözucu
                    nә zәr atıb sәsini azacıq qısdı.
                        – Harda istәrsәn, orda görüşәk. Nә zaman desәn, mәn hazıram. O da
                    burdadır? – Әhmәd müәllim, ürәyi şiddәtlә vursa da, pıçıltıyla soruşdu.
                        Qadın başı ilә “hә” dedi. Әhmәd müәllim yazıq bir görkәm aldı, başını
                    aşağı salıb hәyәcanlı vaxtlarında olan kimi әlindәki eynәklә oynamağa
                    başladı. Sonra Qadın yaxınlıqdakı çayxanada görüş barәdә vәdәlәşib Әhmәd
                    müәllimә çoxmәnalı bir baxış atdı, yәni, “Bax, yersiz bir hәrәkәt elәmәyi
                    beynindәn çıxart, at! Gördün ki, mәn sәni yerin deşiyindәn dә olsa, taparam.
                    Heç hara yox ola bilmәzsәn.”  Daha sonra tәşәxxüslә dönüb otaqdan çıxdı.
                    Әhmәd müәllim iş gününün sonuna qәdәr bir adamla kәlmә kәsmәdi. İş
                    yoldaşları da onun bu acı halını nәzәrә alıb, qәribә qonaq barәdә heç nә
                    soruşmadılar.
                        …Qadın müәssisәnin qapısından çıxıb üzbәüzdәki balaca bağçaya
                    tәrәf yönәldi. Gedә-gedә düşünürdü ki, onun bu qәdәr vaxtdan sonra gәlib
                    axtardığını tapmağı hansısa ali bir әdalәtin tәzahürüdür, başqa şey deyil.
                    Sәn axtarırsansa, sәn tapırsan. Başqa cür ola bilmәz. Bağçada qadını bir
                    ortayaşlı kişi gözlәyirdi.
                        – Nә oldu? Görә bildin? – Kişi soruşdu.
                        – Gördüm. – Qadın dodağının ucu ilә cavab verdi.
   1095   1096   1097   1098   1099   1100   1101   1102   1103   1104   1105