Page 1098 - antologiya - poeziya_175x250_Layout 1
P. 1098

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                             Kamera teatrı


                                buralara hardan gәlib çıxmışdı – bunu bilәn yox idi. Hamı onu
                                bu yerlәrin әn qәdim sakini kimi tanıyırdı.  Ağıl-nәsihәt
                        Overmәyi sevәrdi.
                        Tez-tez dediyi söz bu idi: Adamdan, hәtta “adın nәdir?” soruşsalar,
                    әvvәl düşünüb, sonra cavab vermәlidir.
                        Bu, Әhmәd müәllimin, belә demәk mümkünsә, hәyat devizi idi.
                        Sizif nәhәng bir daşı min bir zülmlә itәlәyә-itәlәyә dağ başına qaldıran
                    kimi, o da burda peyda olandan sonra günlәri günlәrin üstünә әziyyәtlә
                    qoyub, böyük bir elmi-tәdqiqat müәssisәsindә sayılıb-seçilәn, işini yaxşı
                    bilәn mütәxәssisә çevrilmişdi.
              522       Çoxu onu dәrin vә ağıllı bir adam kimi tanıyırdı, bütün suallara cavabı
                    vardı. Amma Әhmәd müәllim hәyatda ola bilmәzdi ki, kiminsә sualına
                    birdәn, düşünmәdәn cavab versin. Düşünmәyi dә nanә-turşusuyla olardı.
                        Cavabını dәqiq bildiyi suala, hәtta bir müddәt gözlәrini qıyıb әzab-
                    әziyyәtlә cavab axtaran adam obrazını yaratmaqdan o, xüsusi hәzz alardı.
                        Bu zaman özünә kәnardan baxmağı da unutmazdı. Budur, balacaboylu,
                    arıq, uzun burnu o dәqiqә diqqәt çәkib boyunu vә arıqlığını unutduran bu
                    ortayaşlı adam әlindә tutduğu qalın şüşәli eynәyini fırlada-fırlada dәrin fikrә
                    gedib.
                        Ona çox ağır sual veriblәr. Sual, tәxminәn, belәdir: “Azәrbaycanın
                    paytaxtı haradır?”. Bu adamın gözlәri hәmsöhbәtinә deyil, yana baxır.
                    Üzünün әzәlәlәri gәrilib. Daxili hәyәcanını güclә ört-basdır edib.
                        Әtrafda hamı nәfәsini dәrib, bu ağır sualın cavabını gözlәyir. Hәm -
                    söhbәti artıq sual vermәyinә dә, az qala, peşmandır.
                        Bir azda keçir, hәmsöhbәt artıq çıxıb getmәyә bәhanә axtarır.
                    Otaqdakılar buna imkan vermirlәr.
                        Bütün gәrginliklәrin әsl kulminasiya mәqamında cavab özünü daha
                    gözlәtmir.
                        Bu mәqamı çox gözәl hiss edәn Әhmәd müәllimin ağzından “Bakı'”
                    kәlmәsi, nәhayәt, çıxarkәn xeyli sirli sәslәnir. Sual verәnin çiynindәn ağır
                    bir yük götürülür. Әtrafdakılar “uf” deyә pıqqıldamaqlarını zorla saxlayır,
                    Әhmәd müәllimin isә gözlәrinә xeyli dәrindә yaxşı gizlәdilmiş mәm -
                    nunluğun zәif әks-sәdası qonur.
                        Bu, Әhmәd müәllimin balaca teatrı idi. Bir aktyordan ibarәt kamera
                    teatrı. Daha doğrusu, bu teatrın bir daimi, bir dә gәldi-gedәr aktyoru (vә ya
   1093   1094   1095   1096   1097   1098   1099   1100   1101   1102   1103