Page 1099 - antologiya - poeziya_175x250_Layout 1
P. 1099

Kamal Abdulla


            aktyorları) vardı. Daimi aktyor o özü idi. Sual verәnlәr vә suala yığışıb
            cavab gözlәyәnlәr isә, әlbәttә ki, dәyişirdilәr.
                Hәyat bizә öyrәdir ki, dünyada әbәdi heç nә yoxdur. Günlәrin bir günü
            Әhmәd müәllim öz prinsipinә dönük çıxır. Bunu ondan heç kim gözlәmirdi.
            Gәrәk belә olmayaydı, amma olur. Әgәr ondan soruşsaydılar ki, o mәşum
            günü sәnin üçün yenidәn, olduğu kimi geriyә fırlatsaydılar, sәn necә hәrәkәt
            edәrdin, Әhmәd müәllim öz “Kamera teatrı”nın sәhnәsindәn bir anlığa çıxıb
            belә deyәrdi: “Birinci dәfә necә etmişdimsә, indi dә elәcәnә edәrdim”.
                Söhbәt ondan getmir ki, “kişinin sözü bir olar”. Söhbәt ondan gedir ki,
            Әhmәd müәllim o günün hәm ağrısını, hәm dә lәzzәtini eyni hissin içindә
            harda olmasından asılı olmayaraq bu gün dә yaşayır.
                …O qadını isә nә bu әhvalatdan әvvәl, nә dә sonra görәn olmadı. Elә
            bil ki, o, Әhmәd müәllimi iş yoldaşlarının gözü qarşısında “ifşa” etmәk üçün
            ora gәlmişdi. Gәlmәyi ilә getmәyi bir oldu. Onu gördüyündә Әhmәd       523
            müәllimin özünü necә itirdiyini hamı yaxşı xatırlayır.
                Gün isә pis başlamamışdı. Әsl işdәn әvvәl sual-cavab “atışması” artıq
            әnәnә halını almışdı. Sabah tezdәn birinci sualın yeni cavabı çox adamın
            marağına sәbәb oldu. Bu cavab kifayәt qәdәr “duzlu” idi.
                – Vәziyyәt necәdir, Әhmәd müәllim? – Şöbәdә bir yerdә çalışdığı iş
            yoldaşına nakam mәhәbbәti ilә hamının ürәyini ağrıdan, saçları vaxtından
            әvvәl tökülmәyә başlayan şişman Qanturalı ondan soruşdu.
                Kamera teatrının sәhnәsini işıqlandıran projektorlar yandı.
                – “V”-si düşüb... – Әhmәd müәllim yenә xeyli düşünәndәn sonra
            gözlәrini qıyıb cavab verdi.
                İlk çaşqınlıqdan sonra qulaqları Әhmәd müәllimdә olan şöbә işçilәri,
            nәhayәt, cavabın mәnasını anlayaraq rahatlıqla nәfәs alıb, başlarını tәrpәdә-
            tәrpәdә baxışdılar.  “Cavab bax belә olar! “V” әgәr düşürsә, demәli, yerdә
            nә qalır?! Qalır – әziyyәt! Ay sәni, müәllim! Fıştırığın gәlsin!”
                Әhmәd müәllim bu dәfә dә özündәn razı halda uzun burnunu dik tutub
            teatr sәhnәsini tәrk edir...
                O qadın min il eyni yolu gәlirmiş kimi yarıqaranlıq, әyri-üyrü dәhliz
            boyu balıq suda üzәn kimi әyilib-büzülәrәk keçib, heç kimdәn bir şey
            soruşmadan düz Әhmәd müәllimin oturduğu otağın qapısı ağzına gәldi. İçәri
            girib Әhmәd müәllimi gözlәrilә axtarıb tapdı, oturduğu masaya yanaşdı.
            Әhmәd müәllim onu gördüyündә, hәr halda, iş yoldaşlarına bu belә gәldi,
            rәngi ağaran kimi oldu. Namәlum qonağın ilk sözlәri kifayәt qәdәr bәrkdәn
            sәslәndi:
                – Buranı zorla tapdım. Başa düşmürәm, mәndәn niyә gizlәnirsәn?!
            Deyә bilәrsәnmi, mәqsәdin nәdir?
   1094   1095   1096   1097   1098   1099   1100   1101   1102   1103   1104