Page 1102 - antologiya - poeziya_175x250_Layout 1
P. 1102

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    üzünü Әhmәd müәllimә tutub çox ciddi şәkildә sözünә davam etmәk
                    istәyirdi ki, Kişi onun dediklәrini sәrt bir şәkildә qәfildәn yarıda kәsdi:
                        – Biz sәnә nә qәdәr demәliyik eyni sözlәri? – Kişi qәrara gәldi ki,
                    söhbәti o özü davam etmәlidir. – Sәn bizimlә oyun oynayırsan??
                        Suallar belәcә kәskin şәkildә qoyulsalar da, suala bağlı Kamera teatrı
                    hәlә dә pәrdәlәrini açmırdı. Әhmәd müәllim özünün yaratdığı o balaca teatrı
                    bu dәfә unutmuşdu. Әhmәd müәllim heç bir oyun oynamadan, üzünә, az
                    qala, şapalaq kimi dәyәn bu suallara bir an belә düşünmәdәn, әzbәrçi uşaqlar
                    kimi tәlәsik cavab vermәyә başladı:
                        – Mәn oyun oynamıram. Siz mәnә nә deyirsiniz, nә demirsiniz, mәnә
                    bunun dәxli yoxdur. Mәni nә üçün izlәyirsiniz? Mәndәn nә istәyirsiniz?
                    Mәn qәrarımı qәbul etmişәm. Mәn ora qayıtmaq istәmirәm. Başa
                    düşürsünüz? İstәmirәm! – Әhmәd müәllim, nәhayәt, әlindә oynatdığı
              526   qalınşüşәli eynәyini qatlayıb stolun üstünә qoydu. Sәsini ucaltdığı üçün
                    özündәn narazı qaldı.
                        – Sәn bunu başa düşürsәn ki, nә müddәtdir, sәn uzun bir yuxunun
                    içindәsәn? Başa düşürsәn ki, sәn bu yuxunun içindә azmısan? – Kişinin
                    sualları yenә dә şapalaq kimi şaqqıldayırdı.
                        – Bizi dә bu yuxunun içindә azdırmısan… – Qadının sәsi bir az yuxulu
                    kimi gәldi. – Sәn ayılmalısan. Ayılıb bizi azad etmәlisәn. Biz sәnin yuxun-
                    dan özümüz çıxa bilmirik.
                        – Mәn heç kimә, heç nә borclu deyilәm. Mәn heç nә etmәmәliyәm.
                    Günah sizin özünüzdәdi.
                        Gәrәk gәlib mәnim yuxuma girmәyәydiniz. Sizin orda, özü dә ikinizin
                    bir yerdә nә işiniz vardı?! Görürsünüz, bu suala heç birinizin cavabı yox-
                    dur.
                        Qadınla Kişi, hәqiqәtәn, Әhmәd müәllimin yuxusunda idilәr. Әslinә
                    baxsan, Әhmәd müәllimin bütün hәyatı artıq bir böyük yuxudan ibarәt idi.
                    Elә iş yerinin yanında yerlәşәn balaca bağçada ağaclar altındakı bu çayxana
                    da yuxunun içindә idi, aralarındakı söhbәt dә yuxuda baş verirdi. İş yeri, iş
                    yoldaşları, Kamera teatrı, hәr şey yuxunun içindә idi. Әhmәd müәllim bu
                    yuxudan ayılmaq istәmirdi. Qәribә idi, amma belәydi. İndi üzbәüzündә otu-
                    rub lәzzәtlә çay içәn bu Qadınla Kişinin mәnsub olduqları, onun özünün dә
                    doğulub boya-başa çatdığı o uzaq dünya ilә Әhmәd müәllimi bu gün heç
                    nә bağlamırdı. Ağacların xışıldayan yarpaqları, günәşin istidәn yandırması
                    vә külәyin adamları quş kimi uçurması, göydәn yerә qucaq-qucaq, lopa-
                    lopa yağan qar, әn әsası isә iş yerindәki yoldaşlarının ona sәmimi
                    münasibәti, bilmәdiklәri hәr mәsәlә barәdә sual vermәlәri, ehtiramla ondan
   1097   1098   1099   1100   1101   1102   1103   1104   1105   1106   1107