Page 1095 - antologiya - poeziya_175x250_Layout 1
P. 1095

Rafiq Taüû


            çәkmisәn. Monpası barmaqlarını tutub sorduqca sormaq istәyirsәn.
                Qohum-әqrәba da xam adam gәzir – bütün ölüvay tәqaüdçülәrini onun
            boynuna yüklәmişdilәr. “Rayonda sәnin xüsusi hörmәtin var,” – deyib
            qoltuğuna verirdilәr. Yalansa da doğru ola. Ancaq neynәk, onsuz indi hәr
            şey yarı görmәyә bәhanә idi.
                – Onu görәndә şişirәm, – Xanbala hәr sirrini mәnә açır.
                – Şişmәli şeyә şişәrlәr.
                – Görәsәn, bu şişmәk dә sevgidir?
                Yarәb, görәn, bu özünü avamlığa qoyub, yoxsa mәni dolayır.
                – Elә şeyi mәn nә bilәrәm, ay Xanbala.
                – Niyә ki? Arvadlardan başın çıxmır?
                – Çıxmağına çıxır.
                – Әdәbiyyat kitablarında yazılmamış olmaz.
                – Bәlkә dә.                                                        519
                – Ay müәllim, indiyәcәn gecә-gündüz oxuduğun әdәbiyyat dәrsliklәri,
            müntәxәbatlar olub. Öz sahәnә dair şeylәri sәn gәrәk әzbәr bilәsәn.
                – Yox, elә şişmәk dә sevgidir, – onun tәzyiqlәri altında tәsdiqlәyәsi
            oldum.
                – Mәcburdu Mәcnun kimi çöllәrә düşәsәn?
                – Yox, mәcbur deyil, – Xanbala can-başla razılaşdı.
                – İndi kim öz arvadının mәcnunudur? – Canımın dәrdindәn dedim.
                – Heç kim.
                – Hәm dә qızı vermәzlәr, sәn dә mәcnun olarsan da-a. Çataçat verirlәr
            axı.
                – Vermәsәlәr – hә, atan rәhmәt. Elә anan da.
                – Elә bil hamı qızından bezib, ondan canını qurtarmağa çalışır.
                – Qız qaldıqca xarab olan şeydir.
                – Amma Mәcnun Leyliyә evlәnsәydi, min faiz uşağı olmayacaqdı.
                – Niyә? Onda da radiasiya vardı?
                – Leyli süddәn yanıq, Mәcnunun da bәdәnlә-zadla işi yox. Bu cür necә
            olsun?
                Sabahısı rastlaşanda, Xanbala qabaqkı sarsaq sözlәrindәn yenә
            üyüdüb-tökmәyә başladı. İntәhası, qabaqlar gec-gec olan bu cür tutmaları
            indi tez-tezdi.
                – Bu gün işdәyik. Sabah da. Sonra iki gün evdә.
                – İki? – Mәn dә naәlac qalıb, onun bu sözlәrinә maraq göstәrdim.
                – Düz iki.
                – Bizsә – bir.
   1090   1091   1092   1093   1094   1095   1096   1097   1098   1099   1100