Page 1091 - antologiya - poeziya_175x250_Layout 1
P. 1091

Rafiq Taüû


            sirkә kimi orda saxlayır. Allah-taalanın işlәrinә qarışmaq dürüst deyil, ancaq
            hәrdәn sözgәlişi soruşmaq istәyirsәn, İlahi, axı bu lirika eşşәk qәlbindә
            nәlәrә sәbәb olur?! Hansı tәbәddülatlara? Әlbәttә, ağlamağa dәlalәt edәn
            hıçqırtıları, anqırarkәn dә sәsindәki tenor çalarları, ola bilsin, ondandı.
                Xanbala üçün dәmiryolunun o biri üzü bambaşqa bir dünya idi. İdarәlәr
            orda daş-qaş kimi bәrq vururdular. Hә, yer altında kanalizasiya larıyla qohum
            olan idarәlәrin qom toplaşdığı yerә “rayon mәrkәzi” deyilir. Dәmiryolunun
            bu üzündә – әhali, o üzündә – rәhbәrlәrdi. Burda, mәsәlәn, kartof-soğan,
            orda – möhür-ştamp... İncidәnlәr o tayda, incidilәnlәr – bu. Әcәb atan әkә,
            anan doğa – dünyada hәbәçidәn savayı, bir kәs sәndәn xәbәr tutmaya. Arvad
            da alasan – dünyadan gizlin... Sakitcә gәtirib basırsan altına, zәhmәtsiz-
            filansız başlayır uşaqların olmağa. Allaha qurban olum, mat qalmalı işdi:
            sәn gecәlәri özün üçün kef çәkirsәn, bay, bir dә görürsәn bәbәlәr dal-dala
            düzüldü. Ya da әcәb sәnin varlığından dәmiryolunun yalnız bu üzündә xәbәr  515
            tutalar. Bu üzdә toy-yas, orda nikah-ölüm kağızları... Burda kişi sözü, orda
            – etibarnamә. Tәbii şeylәr burda, sünilәr orda. Yәni tәbiәt burda, onun әksi
            orda...
                Xanbala rels üstündә hәmişә üzü kәnd sәmtinә oturar; istәr-istәmәz
            arxası “rayon”a düşәr. O kimlәrә-nәlәrәsә nifrәtini dә hәmişә dal çevirmәklә
            bildirir. Dal çevirmәk, deyir, acıq vermәyin qәdim, hәm dә heç vaxt
            köhnәlmәyәn, sınanılmış dәdә-baba üsuludur. Qaldı mәnә – rels üstündә
            üzü ona oturarkәn, arxam kәndә düşәr.
                Lakin bu mәnim kәndә hörmәtsizliyim sayılmaz. Rayon mәrkәzinin
            surәti gözlәrimdә xoşagәlmәz parıltılara sәbәb olur. Yalnız onun gözlәrinә
            görsәnәn bu parıltıdan Xanbala bәzәn üşәnir, bәzәn qanı cuşa gәlir,
            damarlarında samovar kimi pıqqapıq qaynayır. “Gedә bilәrsәn!” – elә bil o
            hәmişәki adam deyil – mәnә göstәriş verir. Bir dәfә gözlәrimdә hәmin
            parıltı, güzgüyә bәnzәr relsdә üstdәn aşağı telimi düzәldәrkәn, sanasan
            qısaqapanma oldu, relsin hәndәsi ortasından burulğan kimi bir alov şәdd
            elәyib göyә qalxdı. Xırçıltı vә fışıltılardan әt ürpәşirdi. Dümdüz, hәm dә
            uzun vә nazik alov rels üzәrindә irәli-geri xeyli gedib-gәldi. Sönmәsi dә
            qәfil oldu. Dedim bir ovcumla yoxlayım – rels qızmışdı.
                Bığı-zadı çıxalı, ailәnin tәqaüd kağızlarına dair işlәri ona hәvalә
            elәmişdilәr: oğlan hәm dә gedib rayon-şәhәr görәr. Kişilәşәr. Bir tәk şalvar
            geymәklә deyil ki – qoy idarәlәrdә kimlәrlәsә savaşsın da. Çәnәlәşsin,
            didişsin. Bizdәn olsa, deyirdilәr, mәhkәmәlәrә dә düşsün. O, ilk çağlarda
            bu kağızları boynundan asılan daş yerindә bilәrdi. Lakin “sobes”dәki,
            onların kәndinә baxan incә-mincә, hәrçәnd getdikcә dә kökәlәn qadına
   1086   1087   1088   1089   1090   1091   1092   1093   1094   1095   1096