Page 1070 - antologiya - poeziya_175x250_Layout 1
P. 1070

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    çıxıb dedi:
                        – Sәn nә danışırsan Sabir, heç heylә şey olar... bir daş altda, bir daş
                    üstdә...
                        – Sәnә inanıram ha-a, Fatma. Yoxsa...
                        – Yoxsa nә?
                        – Bilirsәn ki, sәni çox istәyirәm. Ancaq qulağım bir şey çalsa, – üzünә
                    xoş ifadә vermәyә cәhd elәdi, – dilini dartıb xirtdәyindәn çıxardaram.
                        Fatma dilini çıxardıb ona göstәrdi. Bufetçi Sabir çiynindәn tutub onu
                    özünә sıxdı, üzünü dә üzünә; әllәr öz işini görüb qurtarmış, bir-birinin
                    üstündәn düşmüşdü.
                        Fatma sevinirdi ki, onun dilini dartıb xirtdәyindәn çıxara bilәcәk bir
                    kişi var yanında – bu sözlәr onun ürәyinә sarı yağ kimi yayılıb ömürlük bir
                    arxayınçılıq yaratdı.
                        – Fatma...
              494       – Hay can... – Fatma yenә Sabirin birbaşa mәtlәbә keçmәsinә mane
                    oldu.
                        – Fatma, o bodulqanı götür, – konyak şüşәsinә işarә elәdi, – ay sağ ol...
                    indi mәnә konyak tök...
                        Fatma yoğun, hamar konyak şüşәsini iki әlinin arasında bәrk-bәrk sıxıb
                    konyak süzdü. O, o qәdәr gülmәli görünürdü ki, Sabirin dә dodaqları qaçdı.
                    Sizә zarafat gәlmәsin, bu, Fatmanın ilk “işi” idi. Sabir bu yaxınlarda bir
                    filmdә görmüşdü ki, fransız qadını restoranda birlikdә şam elәdiyi kişinin
                    xahişi ilә onun badәsinә necә viski süzür; qәfildәn o yadına düşmüşdü. Bu
                    da sәnә, hәlә Sovetin vaxtında Avropaya inteqrasiya – buyur.
                        – O bodulqanı niyә heylә ikiәlli tutmuşdun, a-az?
                        – Çox yoğundu dana, ona görә.
                        – Yoğun yaxşıdı dana...
                        Fatma gülümsәyib onun enli sifәtinә yaraşan yekә burnunun ucundan
                    tutub sıxdı:
                        – E-e-e-y... Şәhadәt barmağı ilә onu hәdәlәdi.
                        Bu hәdәni hansı kişi görsәydi ağzının suyu axardı, arzulayardı ki, kaş
                    onu da, heç olmasa, ildә üç-dörd dәfә belә hәdәlәyәn olaydı. Sözә, tәsvirә
                    gәlmәyәn bu işvәli, mәhrәm, şirin qadın hәdәsini görsәydiniz, ondan sonra
                    bilәrdiniz ki, bu, nә olan şeydi – ancaq görәk, Sabir buna razı olardımı? Heç
                    vaxt...
                        – Bir söz demәk istәyirәm, Sabir... ancaq utanıram...
                        – Sәnin başın xarabdı?
                        – Yo-o-x... niyә ki? – Elә bil bir az da incidi.
                        – Bәs onda mәnnәn niyә utanırsan? Bizim bir-birimizdәn utanan
                    vaxtımız keçib, yadındadı? Mәnim heç vaxt yadımdan çıxmaz... – Sabir
   1065   1066   1067   1068   1069   1070   1071   1072   1073   1074   1075