Page 1065 - antologiya - poeziya_175x250_Layout 1
P. 1065

Seyran Sÿxavÿt




                                       KARUSEL


                      atma bircә dәfә ağzından qaçırtmışdı ki, bufetçi Sabir yaman
                      şeydi, hәşәridi, adamın şiltiyin atır – doymaq bilmir, adamı
                Földürür ee, bajı...
                Fatmanın sirr verdiyi qadın da bircә dәfә ağzından qaçırtmışdı ki,
            deyirlәr bufetçi Sabir yaman şeydi, doymaq bilmir.
                Bu da bәs elәmişdi ki, bufetçi Sabir bәzi qadınların maraq dairәsindә
            “adlı-sanlı” kişilәrdәn biri olsun.
                Fatma otuz yaşında, suyuşirin, әndamlı, әdalı bir qadın idi; zahirәn
            xanım-xatınlığı da vardı. Onun xanım-xatınlığı işvәsinә qarışanda, әn zәif
            adamın da kişi olduğu yadına düşürdü. Onun qabarıq, gen sinәsinin cazibәsi
            kişilәri gözündәn vururdu – ovçu quşu gözündәn vurduğu kimi. Bu,       489
            Fatmanın xoşuna gәlsә dә, qәsdәn elәmirdi. Onu Allah belә yaratmışdı vә
            Fatmanın da ixtiyarı vardı ki, bu rayon mәrkәzinin başqa qadınları kimi
            dükan-bazara çıxsın. Bir dәfә dә onu şәhәrin mәrkәzi kitabxanasından
            çıxanda görmüşdülәr. Fatma on ilin gәlini olsa da, uşağı yox idi. Әri bu bala -
            ca şәhәrin qabiliyyәtli, hörmәtli dәmirçilәrindәn biri idi, özü isә mәrkәzi
            xәstәxanada tibb bacısı işlәyirdi. Fatma dul qalmışdı – әri keçәn il dәmiryol
            vağzalından evә qayıdanda avtomobil qәzasında hәlak olmuşdu. İndi tәk
            yaşayırdı.
                Bufetçi Sabir isә çay qırağındakı pavilyonda işlәyirdi, kabab bişirirdi,
            iş yerinin sәliqә-sahmanına baxırdı, müştәrilәrә qulluq elәyirdi, samovar
            qaynadırdı, hamı ilә zarafat elәyә bilirdi, yetәnә yetir, yetmәyәnә bir söz
            atırdı, adının әvvәlindәn dә göründüyü kimi, bufetçi dә özü idi – bir sözlә,
            öz әli, öz başı idi.
                Bufetçi Sabir qırx yaşının içindәydi. Bir qızı vardı, onu da keçәn il,
            Fatmanın әri ölmәmişdәn üç-dörd gün qabaq köçürdüb yerbәyer elәmişdi.
            Kürәkәni montyor işlәyirdi, onun da adı Sabir idi – montyor Sabir. Qızının
            on beş yaşı olanda arvadı qәfil xәstәlәndi, dәrdinә çarә tapılmadı, üç-dörd
            günün içindә әriyib çöpә döndü, son nәfәsindә nәsә demәk istәsә dә,
            çatdırmadı. Bu gün dә şәhәr camaatına sirdi ki, buz baltası kimi qadına
            birdәn-birә nooldu...
                Bufetçi Sabir dul qalmışdı. İndi tәk yaşayırdı. Qızı tez-tez ona dәyirdi,
            ev-eşiyi silib-süpürürdü, qayıdırdı öz yuvasına.
                Fatmanın әri ölmüşdü, bufetçi Sabirin dә arvadı. Bu mәqamda ancaq
            Aşıq Әlәsgәr yada düşә bilәrdi, elә düşdü dә:
   1060   1061   1062   1063   1064   1065   1066   1067   1068   1069   1070