Page 1069 - antologiya - poeziya_175x250_Layout 1
P. 1069

Seyran Sÿxavÿt


            rejimi ilә hәrәkәt elәyirdi. Bu, günün günorta çağı mümkün deyildi, adamın
            pişiyini ağaca dırmaşdırardılar – yalnız gecәnin qırt yarısı. Vә indi dә o
            gecәlәrdәn biri idi.
                Әlinin arxası ilә yağlı dodaqlarını silәndә gördü ki, bu, Fatmanın
            nәzәrindәn yayınmadı. Özünü o yerә qoymadı, kağız dәsmalla әlinin üstünü
            silib gülә-gülә Fatmaya dedi:
                – Nә-ә baxırsan?
                – Bura sәnә baxmağa gәlmişәm dә... – Fatma әriyә-әriyә elә gülümsәdi
            ki, bufetçi Sabir dә әridi vә qeyri-adi әrimә prosesi onların әllәrinin bir-
            birinin üstünә minmәsi ilә yekunlaşdı.
                Bufetçi Sabir tәkәlli qalmışdı vә onun tәkәlli qalmağının İkinci Dünya
            müharibәsinә dәxli yox idi ha... O, Fatmanın üzünә gülümsәyәn kimi, dәrhal
            da cavabını aldı, haqqında hәbs-qәtiimkan tәdbiri seçilmiş әli ilә bir topa
            bulaq qıjısını ağzına basıb xarta-xurtla elә yeyirdi ki, elә bil silos doğrayan  493
            maşındı. Sol әli hәlә amnistiyaya düşmәdiyinә görә sağ әli ilә özünә konyak
            süzdü. Rәngi güclә sezilәcәk dәrәcәdә qızarmışdı vә bu, onu bir az da
            şirinlәşdirirdi. O, badәni götürüb bir az da qızarmaq vә şirinlәşmәk istә -
            yirmiş kimi dedi:
                – Fatma, Allah sәni ma-a çox görmәsin.
                Fatmanın ağzında dili yox idi, onun ancaq gözlәri danışırdı, gözlәri dil
            açmışdı...
                Bufetçi Sabirin qidalanma prosesinin ikinci seriyası titrsiz-filansız necә
            qәfil başladısa, adama elә gәldi ki, beş-altı dәqiqәdәn sonra sapılcanın dibini
            dә sivirib onu güzgü kimi parıldadacaq. Ümumiyyәtlә, onun yemәk-içmәk
            prosesi seriallara oxşayırdı vә bu serialın әn tәlәbkar, istedadlı vә yeganә
            tamaşaçısı Fatma idi. Dünyanın işini bilmәk olmur dә, nә zamansa ikinci
            bir tamaşaçı – istedadından vә gözәlliyindәn asılı olmayaraq peyda olsaydı,
            Fatma ortasından çatdıyardı, çünki bu serial da, onun baş qәhrәmanı da bir
            nәfәrlikdi – Fatmanındı.
                Bufetçi Sabir, deyәsәn, Fatmanın bayaqkı oğrun baxışından nәticә
            çıxardıb parıldayan dodaqlarını kağız dәsmalla silib dedi:
                – Fatma.
                – Hay can.
                Fatma hay can demәsәydi, o, elә birbaşa mәtlәbә keçәrdi. Ancaq hәrә
            öz işini görürdü dә.
                – Fatma, ağzınnan bir söz-zad qaçırtmamısan ki?
                Görüşdüklәri uzun müddәtdә ilk dәfә verilәn bu sualın gözlәnilmәzliyi
            Fatmanı gözlәnilmәz hala salsa da, o, bacarıqla, işvәkarlıqla bu vәziyyәtdәn
   1064   1065   1066   1067   1068   1069   1070   1071   1072   1073   1074