Page 1068 - antologiya - poeziya_175x250_Layout 1
P. 1068

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – İçmirsәn içmә, nә deyirәm ki...
                        Bufetçi Sabir qalxıb pavilyonun küncündәki gizlincindәn yoğun
                    konyak şüşәsini gәtirib stolun üstünә qoydu:
                        – Görürsәn, bunun üstünә nә yazılıb?
                        – “Şirvan” – Fatma şüşәnin üstünü tәlәsik oxudu.
                        – Ay sağ ol... Bu konyakı böyük adamlar içir, raykomlar, üzüyuxarı...
                    Heç ispalkom da bunun dadını bilmir. Bakıya gedәndә almışdım. Bahalı
                    şeydi... Sәnә görә almışdım... Onda sәnin stәkanını götürüm dә...
                        – Yoox, buna görә çörәyin üstündәn durma, qalıb dә, – Fatma naz ilә
                    etiraz elәdi.
                        Bufetçi Sabir “Şirvan”ın ağzını açıb yüz qramlıq yonma badәsini
                    doldurdu:
                        – Fatma, Allah sәni ma-a çox görmәsin, – dedi, bu dәfә dә öz ağzını
              492   açıb konyakı ora tökdü.
                        Fatma hәr görüşündә ondan bu cümlәni üç, ya da dörd dәfә eşidirdi.
                    Bufetçi Sabir uzun-uzadı tost demәyi xoşlamırdı. Bu tәkrar Fatmanı yorub
                    bezdirmirdi, çünki o, әzbәr bildiyi bu cümlәni sәbirsizliklә gözlәyir vә elә
                    bil birinci dәfә eşidirdi. Bufetçi Sabir isә hәr dәfә bu cümlәnin üstünә yüz
                    qram araq tökürdü – konyak ilk dәfә idi.
                        – Böyüklәr ağzının dadını bilirmiş, yağ kimi getdi. Deyillәr ki, bu, –
                    başı ilә konyak şüşәsini göstәrdi, – birbaşa qana işdiyir. Özü dә, atan kimi,
                    gedib yerinә çatır... – әlini yüngülvari qarnına çәkdi.
                        Fatma midilәnirdi, bufetçi Sabir isә elә bil aclıqdan çıxmışdı vә
                    yemәkdәn kam alırdı. Onun belә yemәyi Fatmaya lәzzәt eliyirdi; ona elә
                    gәlirdi ki, bufetçi Sabirә halaldı, çünki o, nә tәhәr yeyirdisә, heylә dә kişi
                    idi...
                        Bufetçi Sabir müştәrilәrlә әlli-әlli vuranlardan deyildi. Әvvәllәr ona
                    belә tәkliflәr olanda deyirdi:
                        – Sәn harda işlәyirsәn?
                        – Bilmirsәn ki, bankda...
                        – İşdә içirsәn?
                        – Yoox...
                        – Niyә?
                        – Olmaz axı, işdә...
                        – Mәnә dә olmaz, mәn işdә dәyilәm, bәs hardayam?..
                        Yaxın adamların toy-düyünündә ürәyi açılırdı, yaxşı yeyib-içirdi, sonra
                    da zümzümә elәyә-elәyә çıxıb gedirdi evinә-eşiyinә, vәssalam.
                        Hәftәdә üç dәfә, cüt günlәrdә, o, adәt elәdiyi rejimdәn çıxıb Fatmanın
   1063   1064   1065   1066   1067   1068   1069   1070   1071   1072   1073