Page 1063 - antologiya - poeziya_175x250_Layout 1
P. 1063

Dilsuz


            diplomu ilә bitirib... dünyanın harasında konfrans olsa, çağırırlar. Aaaa...
            konfrans dedim yadıma düşdü, bu gün Şeyx Nәsrullahçıların da kon -
            fransıdı... Bu bәdbәxt oğlu bәdbәxti dә ora nümayәndә seçiblәr, gәrәk
            çatdıraq...
                 Cәlil tibb bacılarının üzünә baxdı, elә bil içindә nәsә bir narahatçılıq
            vardı:
                 – Bunlar...
                 Hәkim onun nә demәk istәdiyini dәrhal anladı:
                 – Hә, bunlar... Anadangәlmә “lal” vә “kar”dılar... arxayın ol... Biz
            gedәk... Sәn dә lәngimә, iş gününün axırına kimi mütlәq gәl... Yaxşı?
                 – Yaxşı.
                 Hәkim vә şәfqәt bacıları gedәndәn sonra Cәlil Sәnubәr xanıma
            yaxınlaşdı:
                 – Hәkimlә şәfqәt bacıları da oldular sirr ortağı. Üçünә bir pay bәsdi.  487
                 Sәnubәr xanım heyrәtlәndi:
                 – Sәn nә danışırsan? Hәkimә o qәdәr pul?
                 – Bәs nә! Badamcıq vә yaxud kor bağırsaq kәsmir ki, üçdәn-beşdәn
            verәsәn. Beş adamı hәbsdәn qurtarır. Üstәlik, Allah qarşısında da günaha
            batır.
                 Tәbriz dillәndi:
                 – Bizim kimi...
                 Cәlil söhbәti dәyişdi vә elә bil birdәn cuşa gәldi: – Lotu, deyәsәn,
            maşını sürdün ha! – Sonra әllәrini azca yuxarı qaldırıb, rulu sağa-sola
            bururmuş kimi hәrәkәt elәdi: – Bjjjjjjj!..
                 Tәbriz dә, eynәn onun kimi, әllәrini yuxarı qaldırıb, rulu sağa-sola
            bururmuş kimi hәrәrkәt elәdi vә dedi:
                 – Cәlil müәllim, bjjjjjj yox, vjjjjjjjj!..
                 Sәnubәr xanım başını buladı:
                 – Di, innәn belә nә qәdәr öcәşirsiniz, öcәşin, heç vecimә dә deyil...

                                            ***
                Qırx çox sakit keçdi.
                  Mәrasim başa çatdıqdan sonra, sirr ortaqları qonaq otağına
            yığışmışdılar. Heç kim danışmırdı. Birdәn Tәbriz sükutu pozdu:
                 – Qırx gün keçdi. Görәsәn öldü?
                 Heç kim ona cavab vermәdi...
                 Uzun sükutdan sonra Cәlil dedi:
                 – Mobil telefonlarınızı aça bilәrsiniz...
   1058   1059   1060   1061   1062   1063   1064   1065   1066   1067   1068