Page 1059 - antologiya - poeziya_175x250_Layout 1
P. 1059

Dilsuz


                 – Çağırır... Aha!.. Açdı!.. Kәmalә, sәnsәn?
                 – Hә, mәnәm!
                 – Teymurdu!
                 – Tanıdım... Yalançı... Bәs sәn mәnә şuba alırdın?..
                 – Alım dә...
                 – Nә vaxt?.. Qış çoxdan çıxıb... İndi yaydı. Camaat plyaj ayın-oyunu –
            lifçik, plavki alır.
                 – Plavki dә alaram, lifçik dә.
                 – Lazım deyil... Bu nә nömrәdi zәng elәyirsәn? Tәzәdi?
                 – Kәmalә, qulaq as, mәn qәbirdәyәm, qәbirdә...
                 – Başa düşdüm... Demәli, vannadasan... Yanında da cavan bir qız...
            Mәnә acıq verirsәn?.. Yadına gәlir, bu oyunu bir dәfә oynamısan. Biz van-
            nada idik, sәn kimәsә zәng elәyib, dedin ki, qәbirdәsәn.
                 – Kәmalә, inan, vallah-billah, bu dәfә, hәqiqәtәn dә, qәbirdәyәm...  483
                 – Nәdi, yoxsa, bankrot olmusan, müflislәşmisәn?
                 – Yox... Yox... Yox!.. Qulaq as, mәni tok vurub, elә biliblәr ki,
            ölmüşәm, gәtirib basdırıblar...
                 – Yenә başladın nağıl danışmağa. Yәni, deyirsәn indi sәnin yanında
            qadın yoxdu?
                 – Yox.
                 Kәmalә bir qәdәr susduqdan sonra sakit sәslә:
                 – Amma mәnim yanımda kişi var... özü dә yavaş-yavaş başlayır
            әsәbilәşmәyә... bir dә zәng elәmә, – dedi vә qırmızı düymәni basdı.
                 Teymur tәzәdәn Kamilә zәng vurdu:
                 – Çağırır... Amma açmır...
                 Sonra o, özündәn uydurduğu bir-iki nömrәyә zәng vurdu vә hәr dәfә
            dә eyni sözü eşitdi: zәng etdiyiniz nömrә tәyin edilmәmişdir...
                 Teymur düşündü: görәsәn, indi gecәdir, ya gündüz? Nә fәrqi var? Yox,
            var! Gecә insanlar yatırlar vә әksәr hallarda, adәtәn, telefon zәnglәrinә
            cavab vermirlәr...
                 Birdәn onun zehni şıppıltıyla açıldı:
                 – Yatmayanlar da var! Tәcili yardım hәkimlәri, yanğınsöndürәnlәr,
            polislәr! O, nәdәnsә, tәcili yardıma zәng elәmәyi daha münasib bildi:
                 – Alo...
                 – Eşidirәm...
                 – Tәcili yardımdı?
                 – Bәli... Buyurun... Adınız, soyadınız, ünvanınız, tәvәllüdünüz...
                 – Heç bilmirәm necә deyim... Mәn qәbirdәn zәng elәyirәm...
   1054   1055   1056   1057   1058   1059   1060   1061   1062   1063   1064