Page 1056 - antologiya - poeziya_175x250_Layout 1
P. 1056

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                         Fizzә әlinin dalı ilә gözünün yaşını silib, kirimişcә otaqdan çıxdı.
                         Cәlil özünü gülmәkdәn güclә saxladı:
                         – Sәnubәr, sәn әmәlli-başlı artistsәnmiş ki...
                         Sәnubәr xanım roldan çıxdı:
                         – Nә edim? Heç bilirsәn, bu nә yuvanın quşudu? Üçcә dәqiqә burada
                    qalsa, hәr şeyi bilәcәk. Xalis Tofiq Dadaşovdu... Üzünә baxdımı, evin
                    yıxıldı, fikrini oxuyacaq.
                         Gündüz yenә telefonun düymәsini basdı.
                         – Gecә gecәdәn keçir, bu, yenә telefonunu açmır. Bәlkә yatıb?
                         Sәnubәr xanım soruşdu:
                         – Saat neçәdi ki?
                         – On ikiyә işlәyib...
                         Cәlil:
              480        – Mәn düşüm, mollanı yola salım, getsin.
                         Sәnubәr xanım yelpiklә üzünü yellәdi:
                         – Tәbriz, Afәt, gecdi, elә siz dә gedin. Sabah gәlәrsiniz...

                        ***


                        Hamı gedәndәn sonra Sәnubәr xanımla Gündüz tәk qaldılar. Bir
                    müddәt kirimişcә bir-birlәrinin üzünә baxdılar. Sanki söhbәtә nәdәn
                    başlamaqda çәtinlik çәkirdilәr. Nәhayәt, Sәnubәr xanım sükutu pozdu:
                         – İstәdiyin nә idi, – yar, yetirdi pәrvәrdigar.
                         Gündüz yüngülcә qımışdı:
                         – Yara da qurban olum, pәrvәrdigara da.
                         – Dildәn yaman pәrgarsan ha!
                         – Pisdi?
                         – Yox, niyә, bu da bir qabiliyyәtdi.
                         Gündüz yaxınlaşıb Sәnubәr xanımın saçlarını oxşadı:
                         – Niyә qoymurdun bunlar bayaqdan çıxıb gedәydilәr?
                         – Artistlik elәyirdim...
                         Gündüz dodaqlarını Sәnubәr xanımın burnunun ucuna yaxınlaşdırdı.
                         Sәnubәr xanım:
                         – Yaman gündәyәm. Kosmetikasız qadın, ya da cındır әski, heç bir
                    fәrqi yoxdur.
                         Gündüz gülümsündü:
                         – Sәn elә belә dә gözәlsәn.
                         – Komplimentә görә sağ ol...
   1051   1052   1053   1054   1055   1056   1057   1058   1059   1060   1061