Page 1054 - antologiya - poeziya_175x250_Layout 1
P. 1054

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                         – Bәsdirin dә! Siz bu saat gәrәk bir olasınız! Amma öcәşirsiniz! Hәlә
                    adınızı da qoymusunuz sirr ortaqları! Ya susun, ya da gedin o binәvanı
                    qәbirdәn çıxarıb gәtirin! Eybi yoxdu, rüsvay oluruq, qoy olaq!
                         Cәlillә Tәbriz susdular.
                         Gündüz dedi:
                         – Balam, nә qәdәr zәng elәyirәm, telefon çağırır, amma açmır...
                         Cәlil hövsәlәdәn çıxdı:
                         – Әşi, bәlkә, tualetdәdi, hamamdadı, orda qalmayacaq ki? Çıxacaq
                    da... Sәn zәng elә... qoy avtomata... nәdi, bir düymәdi dә... fasilәsiz bas...
                         Birdәn Sәnubәr xanım hәyәcanla dedi:
                         – Sakit olun, deyәsәn, gәlәn var...
                         Qapı açıldı. Sәnubәr xanımın böyük qardaşı Teyyub içәri girdi.
                         Teyyub:
              478        – Telefonlarınızı niyә söndürmüsünüz? – dedi. Bayaqdan nә qәdәr
                    zәng vururam...
                         Cәlil Sәnubәr xanımı qabaqladı:
                         – Teyyub müәllim, bәs söndürmәyәk, nә edәk? Telefonun birindә
                    Maykl Cekson oxuyur, birindә dә Sibel Can. Bura yas yeridi, yoxsa kon-
                    servatoriya? Kinoya, teatra, konsertә gedәndә, iclasda olanda telefonunuzu
                    söndürmürsünüz? İndi bu boyda kişi ölüb... Siz dә telefonunuzu söndürün...
                    Qırx gün danışmasanız, heç nә olmaz.
                         Teyyub telefonunu söndürdü:
                         – Yaxşı, mәn gedim mağara.
                         Cәlil:
                         – Get, – dedi. – Sonra cibindәn siqaret çıxarıb yandırdı, bir-iki qullab
                    vurdu, nәsә fikirlәşәn adamlar kimi alnını ovuşdurdu, handan-hana dillәndi:
                    – Rәhmәtliyin...
                         Tәbriz imkan vermәdi ki, Cәlil sözünün ardını desin, soruşdu:
                         – Ölüb ki?
                         Cәlil acıqlandı:
                         – Sәnin işin-gücün yoxdu? – Sonra üzünü Sәnubәr xanıma tutdu: –
                    Sәnubәr, bunun ağzını yum, mәnim başımı xarab elәdi...
                         Sәnubәr xanım hövsәlәdәn çıxdı:
                         – Tәbriz, sus dә!..
                         Tәbriz:
                         – Ay mә, neylәdim, söz soruşdum dә, – dedi. Yaxşı, telefonları
                    söndürәk, özümüz dә susaq, sonra? Axı, biz bilmirik o telefonun batareyası
                    nә vaxt sönәcәk?
   1049   1050   1051   1052   1053   1054   1055   1056   1057   1058   1059