Page 1049 - antologiya - poeziya_175x250_Layout 1
P. 1049

Dilsuz


                 Cәlil, Gündüz, Tәbriz eyni vaxtda:
                 – Amin! – dedilәr.
                 Kamil gәrginliyin, az da olsa, azaldığını görüb dedi:
                 – Sәnubәr xanım, bizdә – bağda ustalar işlәyir. Gedim onları yola
            salım, gәlim.
                 Sәnubәr xanımla Gündüz bir-birlәrinin üzünә baxdılar.
                 Sәnubәr xanım:
                 – Bir dә nә zәhmәt çәkirsiniz, – dedi.
                 Kamil duruxdu:
                 – Birdәn bir şey lazım oldu...
                 Gündüz dәrhal dillәndi:
                 – Narahat olmayın, biz burdayıq.


                                            ***
                                                                                   473
                Kamil gedәndәn sonra Cәlil sükutu pozdu:
                 – Gündüzlә Tәbriz bir-iki saat mağarda – mollanın yanında otursunlar.
            Mәn dә mağazanı bağlayıb gәlim...
                 Sәnubәr xanım az qaldı partlasın:
                 – Mәni bu boyda dәrdin әlindә tәk qoyub hara gedirsәn? Yoxsa bu
            yasın bacın Tәranә kimi sәnә dә aidiyyәti yoxdu?
                 Cәlil narazı halda başını buladı:
                 – Sancmağa bir cansan ha! Dedim ki, gәlirәm. Uzağı yarım saata...
                 Sonra o, pencәyinin ciblәrini qurdaladı:
                 – Boy... Bәs mәnim telefonum hanı? – Stolun üstünә baxdı: – Deyәsәn,
            bayaq bura qoymuşdum axı...
                 Sәnubәr xanım mobil telefonunu ona sarı uzatdı:
                 – Al, zәng et, hardadısa, sәsi gәlәcәk.
                 Cәlil mobil telefonu alıb zәng etdi:
                 – Çağırır...
                 Sәnubәr xanım tәәccüblәndi:
                 – Bәs sәsi niyә gәlmir?.. Bәlkә, sәssizә qoymusan?
                 Cәlil başını buladı:
                 – Yox... Aha, götürdülәr... Alo?.. Alo... Kimdi?
                 Cәlil birdәn diksindi. Rәngi ağappaq ağardı, әllәri әsdi. Qorxu vә
            çaşqınlıq içindә әtrafındakıların üzünә baxdı.
                 Sәnubәr xanım hәyәcanla soruşdu:
                 – Nә olub?.. O kimdi?
                 Cәlil handan-hana özünә gәlib dedi:
   1044   1045   1046   1047   1048   1049   1050   1051   1052   1053   1054