Page 1053 - antologiya - poeziya_175x250_Layout 1
P. 1053

Dilsuz


                 – Demәli, bir, iki, üç, dörd, beş. Beş pay, Tәranәni çıxandan sonra.
                 Cәlil tәәccüblәndi:
                 – Beş niyә?
                 Sәnubәr xanım barmaqlarını qatladı:
                 – Bir – mәn, iki – sәn, üç – Gündüz, dörd – Afәt, beş – Tәbriz.
                 Cәlil özündәn çıxdı:
                 – Balam, Afәtlә Tәbriz bir ailә deyillәr?
                 Sәnubәr xanım:
                 – Bir ailәdirlәr, – dedi.  Amma,  Allah elәmәmiş, birdәn sabah
            aralarında bir münaqişә oldu, ayrıldılar...
                 – Onda, heç olmasa, Gündüzlә sәn bir pay ol dә.
                 Sәnubәr xanım Cәlilin nәyә eyham vurduğunu duyub dedi:
                 – Yox, Cәlil, cin ayrı, şeytan ayrı.
                 Cәlil başını buladı:                                              477
                 – Sәnubәr, daha mәnim sәnә sözüm yoxdu...
                 Tәbriz elә bil birdәn ayıldı:
                 – A-a, A-a, bunlara baxın, mәn uşağam mәgәr? Guya, başa düşmürәm
            ki, siz burda ölü soyursunuz, maradyorlar? Mәnim haqqımı...
                 Cәlil sәsini yumşaltdı:
                 – Yaxşı, yaxşı, özündәn çıxma, bir pay sәn ol, bir pay da arvadın...
                 – Özü dә minnәtsiz-filansız.
                 – Yaxşı, minnәtsiz-filansız.
                 Bu vaxt Gündüz qayıdıb gәldi:
                 – Telefon çağırır, amma açmır...
                 Cәlil:
                 – Sәn fasilәsiz zәng elә, әvvәl-axır açacaq, amanın günüdü, batarıq...
                 Birdәn Tәbriz qәfildәn soruşdu:
                 – Cәlil müәllim, sizcә, bizim tutduğumuz bu işin hüquqi adı nәdir?
                 Cәlil udqundu:
                 – Bilmirәm. Cinayәt Mәcәllәsinә baxmaq lazımdır.
                 – Baxın dә...
                 Cәlil üzünü bozartdı:
                 – Niyә sәn baxmırsan?
                 Tәbriz kinayә ilә dedi:
                 – Mәn nә orta mәktәbdә, nә dә institutda kitab üzü açmamışam.
                 Cәlil acıqlandı:
                 – Elә mәn dә.
                 Sәnubәr xanım bәrk әsәbilәşdi:
   1048   1049   1050   1051   1052   1053   1054   1055   1056   1057   1058