Page 1048 - antologiya - poeziya_175x250_Layout 1
P. 1048

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                        – Buna deyiblәr e, keçi can hayındadı, qәssab piy axtarır... – O, sözünә
                    bir qәdәr ara verdikdәn sonra, havalanmış adam kimi qıy vurdu: – Budur e,
                    ölәn kimi başladılar malını-mülkünü pardaxlamağa!..
                        Tәbrizin gözlәri az qaldı hәdәqәsindәn çıxsın:
                         Ay mә... Üç müәssisә... Heç bilirsәn, bu nә qәdәr pul elәyir?
                        Sәnubәr xanım sәsini qaldırdı:
                        – O pulların hesabına oturub da Dubayda. Oteldә bir nömrә iki min
                    yevrodu. Özü, әri, uşaqları... Bir ayda gör hara vurub çıxır... Hәlә o biri
                    xәrclәri demirәm...
                        Tәbriz başını buladı!
                        – Ay mә, Allah qәni-qәni rәhmәt elәsin, mәkanı cәnnәt olsun, amma
                    yeri gәlib, deyәcәyәm: bir maşın vardı, gözüm düşmüşdü, cәmi-cümlәtanı
                    ikicә yüz min manata, nә qәdәr yalvardım-yaxardım, almadı, dedi qәpiyim
                    dә yoxdu.
              472
                        Sәnubәr xanım hikkәsindәn boğula-boğula:
                        – Qoy qırx çıxsın, o maşını sәnә alacağam! – dedi.
                        Sәnubәr xanım birdәn-birә elә bil hissә qapılıb, yas qayda-qanunlarına
                    uyğun gәlmәyәn söz dediyinin fәrqinә vardı vә peşman oldu:
                        – Kül mәnim ağlıma... O boyda kişi ölüb... Gör nәlәr danışıram... İndi
                    maşın almaq vaxtıdı?..
                        Sonra o, mağmın-mağmın dәfndәn qayıdanların üzünә baxdı:
                        – İnsafsızlar, Teymuru basdırdınız, hә?
                        Heç kәsdәn sәs çıxmadı.
                        Sәnubәr xanım başını yuxarı qaldırıb ucadan dedi:
                         – Onun qәbrinin üstündә elә bir heykәl ucaltdıracağam ki, Eyfel
                    qüllәsi kimi, dünyanın hәr yerindәn görünsün...
                         Yenә heç kәsdәn sәs çıxmadı.
                         Sәnubәr xanım acı-acı gülümsündü:
                         – Mәnim taleyim kәc gәldi...
                         Kamil dedi:
                         – Sәnubәr xanım, vallah, bu elә böyük dәrddi ki, adam heç bilmir nә
                    desin. Amma mәsәl var: ölәnlә ölmәk, qalanla qalmaq olmur. Başınız sağ
                    olsun...
                         Sәnubәr xanım kövrәldi:
                         – Kamil qardaş, haqqınızı halal elәyin. Siz dә, Cәlil, Gündüz, Tәbriz,
                    haqqınızı halal elәyin. Bu istidә neçә saat qәbiristanlıqda olmusunuz,
                    әziyyәt çәkmisiniz...
                         Kamil dedi:
                         – Borcumuzdu. Halal xoşu olsun.
   1043   1044   1045   1046   1047   1048   1049   1050   1051   1052   1053