Page 1047 - antologiya - poeziya_175x250_Layout 1
P. 1047

Dilsuz




                                     Mobil telefon


                      әnubәr xanım mobil telefonunun ekranına baxan kimi, zәng
                      edәnin kim olduğunu bildi: Tәranә idi, baldızı. Könülsüz-könül-
                Ssüz yaşıl düymәni basdı:
                 – Eşidirәm... Hә... mәnәm... Sәsim dәyişib?... Dәyişәr dә... Bu boyda
            müsibәtdәn sonra... Necә nә olub? Xәbәrin yoxdu? Qardaşın rәhmәtә
            gedib... Cәlil yox, Teymur... Hә dә, böyük dura-dura, kiçik... Ölüm yaşa
            baxmır ki... Bu sәhәr,  tezdәn... sәn hardasan? Dubayda? Belә de... Qәlәndәr
            dә gözümә dәymәdi... Nә? Pis eşidirsәn? Deyirәm әrin – Qәlәndәr,
            Qәlәndәr... gözümә dәymәdi... O da Dubaydadı? Ay maşallah... Necә
            olub?... Az, heç nә, sәki mәn bәxtәvәr olmamış hazırlaşırdım ki, bir-iki
            mağazaya dәyim, ordan da parikmaxerә gedim, o da qonaq otağında çay    471
            içә-içә kasetә baxırdı...
                Sәnubәr xanım birdәn sәsinin tonunu dәyişdi:
                – Bilirsәn dә, qardaşın hansı kasetlәrә baxırdı... Bilirsәn, yaxşı
            bilirsәn... Mәnim ağzımı açdırma... Özünә tәzә katibә götürmüşdü...
            Köhnәni? Köhnәni çıxartmışdı. Nәyә görә? Nә bilim, guya, çox tıxıb,
            kökәlib – otuz qram. Yaxşı dә, olmasın otuz qram, olsun üç yüz qram, on
            dәfә çox.  Axır ki, konfiqurasiyası pozulubmuş – standarta uyğun
            gәlmirmiş... Tәzә gözәlçәsinincә güdazına getdi, özünü dә bәdbәxt elәdi,
            bizi dә... Nә bilim, nә axtarırmış kasetdә, günortaya... Elә baxdığı yerdә
            televizor birdәn xarab olub, kişinin oğlunun hövsәlәsi çatmayıb usta
            çağırmağa... Şnuru qurdalayanda tok vurub... Hә, elә indi dәfn elәyib
            gәliblәr... Kimlәr? Cәlil – qardaşın, Gündüz – o kәnddәn olan qohumunuz,
            Kamil – sәn tanıyarsan – uşaqlıq dostu, Tәbriz – kürәkәnimiz, bir dә qonum-
            qonşu... Siz, yәqin ki, üçünә gәlәrsiniz... Yox? Yeddisi gәlәn ayın 5-dә ola-
            caq. Ona da gәlә bilmәyәcәksiniz? Ta mәnim başım şişib, qırxı nә vaxta
            düşür, özün hesabla... İmkanın olar, gәlәrsәn... İstehza ilә niyә danışıram?
            Qardaş sәnindi... Gәlirsәn gәl, gәlmirsәn gәlmә... Nә? Başa düşmәdim...
            Şirkәtin müәssisәlәrindәn üçü sәnindir? Teymur bu barәdә mәnә heç nә
            demәyib... Müqavilәn var? Necә yәni qardaşla bacı arasında nә müqavilә?
            Az, sәn hansı zәmanәdә yaşayırsan? Qulaq as, qışqırma, mәn sәnә heç nә
            verәn deyilәm! Artıq Teymur yoxdur, başa düşürsәn? Mәn dul qadınam,
            öhdәmdә dә bir çәtәn külfәt. Necә? Bir qızım var? Bәs, nәvәm, kürәkәnim?
            Onları saymırsan? Sәn Allah, mәndәn әl çәk, qoy yasımı yola verim...
                Sәnubәr xanım qırmızı düymәni hirslә basdı:
   1042   1043   1044   1045   1046   1047   1048   1049   1050   1051   1052