Page 1060 - antologiya - poeziya_175x250_Layout 1
P. 1060

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                         – Hardan?
                         – Qәbirdәn...
                         – Başa düşmәdim, ölmüsünüz?
                         – Yox, görmürsünüz ki, sağam? Mәni tok vurub, elә biliblәr ki,
                    ölmüşәm, gәtirib basdırıblar...
                         Sәs gәlmәdi. Teymur telefonda iki hәkimin bir-birilә danışığını eşitdi:
                         – O nә istәyir?
                         – Deyir tok...
                         – Onu eşitdim. İndi biz nә etmәliyik? Qәbri açmalıyıq?
                         – Yәqin ki...
                         – Ona ölüm haqqında arayış verәn hәkim, hәr kimdi – itdi-qurddu,
                    hәmkarımızdı, ayağını tapdalayacağıq? Dәstәyi qoy yerinә.
                         Teymur tәkcә bunu deyә bildi:
              484        – Siz Allah, bunlara baxın!.. Özlәri dә Hippokrat andı içiblәr!..
                        O, bir qәdәr özünә gәlәndәn sonra, 101-ә – yanğınsöndürәnlәrә zәng
                    vurdu:
                         – Qardaşlar, kömәk edin.
                         – Nә olub?
                         – Mәni tok vurub, elә biliblәr ölmüşәm, gәtirib basdırıblar... İndi
                    qalmışam qәbirdә...
                         – Ә, bәlkә, cәhәnnәmә düşmüsәn, qır qazanını yandırıblar? Ora bizim
                    sahә deyil, sәn zәng elә şeytana.
                         Uğursuz telefon danışıqları Teymuru haldan saldı, nәfәsi tıncıxdı, o,
                    bir müddәt yarıoyaq, yarıyuxulu vәziyyәtdә qaldı, nәhayәt, birtәhәr özünü
                    әlә alıb, 102-yә zәng vurdu:
                         – Cәnab polis...
                         – Eşidirәm...
                         – Mәni tok vurub...
                         – Bәxtin gәtirib ki, ölmәmisәn...
                         –  Mәsәlә burasındadır ki, bәxtim gәtirmәyib, elә biliblәr ölmüşәm,
                    gәtirib basdırıblar, indi qәbirdәyәm... Әlim heç yana çatmır. Mәni xilas edin! –
                    Sonra polisi şirniklәndirmәk mәqsәdilә әlavә elәdi: – Yarım milyarda yaxın
                    da pulum var. Xәcalәtinizdәn çıxacağam...
                         – Hansı qәbiristanlıqdasan?
                         – Bilmirәm...
                         – Teymur polislәrin öz aralarında nә danışdıqlarını eşitdi.
                         – Rәis, deyir, tok vurub, ölmüş bilib, basdırıblar...
                         – Basdırıblar?
   1055   1056   1057   1058   1059   1060   1061   1062   1063   1064   1065