Page 1061 - antologiya - poeziya_175x250_Layout 1
P. 1061

Dilsuz


                 – Hә.
                 – Qәbir vә telefon... Sәn nә danışırsan, Mehdiyev?.. Ora kәfәndәn
            başqa nәsә aparmaq mümkün deyil.
                 – Bәlkә vәsiyyәt edib?
                 – Elәsin dә... Mәşhur bir milyarder olub. Ölümünә bir-iki gün qalmış
            övladlarına deyib ki, ayaqyalın olmaqdan xoşum gәlmir, mәni basdıranda,
            corablarımı geyindirәrsiniz, sonra da bir mәktub verәcәyәm, açıb
            oxuyarsınız. Amma övladları onun vәsiyyәtinin birinci bәndini yerinә yetirә
            bilmәyiblәr. Mürdәşir icazә vermәyib, deyib ki, kәfәndәn başqa heç nә
            olmaz. Mәktubu isә açıb oxuyublar. Rәhmәtlik yazıb ki, gördünüz, mәn  bu
            dünyadan özümlә bir cüt corab apara bilmәdim. Heç kimә pislik elәmәyin...
            Mehdiyev, bu zәng edәn qәbiristanlıq әyyaşlarındandı, o telefonu da
            kimdәnsә oğurlayıb...
                 – Deyir yarım milyarda yaxın pulum var...                         485
                 – Qәlәtdi elәyir dә... Heyif deyildi, әvvәllәr hәr rayonda ayıltma
            mәntәqәsi vardı... belәlәrini basırdın bәridәn o yana, düz on beş gün, ağlı
            gәlirdi başına... Telefonun sahibini tapmaq olar... Amma o da mәn deyәni
            deyәcәk... Oğurlayıblar... Otboy ver...
                 Teymurun әli yerdәn-göydәn üzüldü. Naәlac qalıb, bir dә uşaqlıq dos-
            tuna – Kamilә zәng vurdu. Telefon çağırdı... çağırdı... amma açan olmadı...
                 Elә bu vaxt yenә ayaq tәrәfindә xışıltı eşitdi. Telefonun işığını o sәmtә
            tuşladı. İlan idi! Amma ilan işığı vә kәfәnin tәrpәndiyini görüb, elә bil çaşdı,
            qorxu içindә tәlәsik özünü gәldiyi deşiyә tәpdi vә sivişib getdi...


                                             ***
                 Gündüz sirr ortaqlarını – Cәlil müәllimi, Sәnubәr xanımı, Tәbrizi,
            Afәti bir yerә yığmışdı:
                 – Cәlil müәllimә demişәm, siz dә bilin: Kamillә әlaqә yaratdım.
            Amma o, mәndәn әvvәl Teymurla danışıb. Daha doğrusu, Teymur onunla.
            Kamil indi bura gәlir...
                 Sәnubәr xanımın seyrәk, kamanı xatırladan qaşları yuxarı dartıldı:
                 – Onu bu sirrә ortaq elәmәk qeyri-mümkündü...
                 Cәlil dedi:
                 – Heç lazım da deyil...
                 Tәbriz qorxdu:
                 – Mәn dedim axı... Cinayәt Mәcәllәsinә baxmaq lazımdı... Batdıq...
                 Afәt başını buladı:
                 – Ay mә, rüsvay olduq... Uşağın da psixikası pozulacaq...
   1056   1057   1058   1059   1060   1061   1062   1063   1064   1065   1066