Page 1074 - antologiya - poeziya_175x250_Layout 1
P. 1074
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
xeyir-bәrәkәt, zәhmәt, adamları cilaladıqca, onlar bir-birinә qarşı daha da
mehriban olur, şad-xürrәm yaşayırdılar. İlin bütün fәsillәrinin gözәlliyi
adamları diri saxlayırdı – dörd gözәl... Allah bu yerlәrdәn heç nә
әsirgәmәmişdi – nәyi vardısa, tökmüşdü bura...
Onlar parkın yarımqaranlığına girәn kimi Sabir dedi:
– Gir qoluma.
Fatma Sabirin qoluna girib uşaq kimi sevindi:
– Elә bil Bakıdayıq...
– Bir dәfә sәni aparajam Bakıya.
Fatma bu xәbәrә dә sevindi:
– Görәsәn, niyә bizimkilәr parkda gәzәndә Bakıdakı kimi bir-birinin
qolundan tutmur, hә?...
– Bura Bakıdı? – Sabir dedi, – burda olmaz, rayon yeridi, adamı hoydu-
498 hoyduya götürәllәr.
Onlar qucağında uşaq tutmuş ana abidәsinin yanında dayandılar, Sabir
başını qaldırıb bu qadının sifәtinә diqqәtlә baxandan sonra dedi:
– Bu arvad niyә bikefdi?
– ...
– Sәn bilәrsәn e-e.... ikiniz dә arvad xeylağısınız...
– Yәqin, oğlunu müharibәdә öldürüblәr, onçun bikefdi.
– Qucağındakı kimdi bәs, öz uşağıdı?
– Yox... yәqin, nәvәsidi, görmürsәn qoca arvaddı...
– Düz deyirsәn, – Sabir tәsdiqlәdi.
Onlar bu heykәltәraşlıq nümunәsini rayon yerindә yaşayan bir cüt
“sәnәtşünas” kimi mükәmmәl tәhlil elәyәndәn sonra üç-dörd ay bundan
әvvәl qurulmuş karuselә tәrәf getdilәr. Fatma dedi:
– Deyirәm, ay Sabir, biz nә qәdәr oğurluq gәzәcәyik e-e, buralarda?
– Başına söz qәhәtdi? Buna da şükür.
Karuselin yanında ayaq saxlayan kimi, Sabir dedi:
– İstәyirsәn, sәni karuselә mindirim.
– İstәyirәm. – Bu gün Fatmanın sevinc günü idi.
– Di gәl görüm.
Fatma karuselә baxıb dedi:
– Tәk qorxuram ee.
– Yaxşı ikimiz dә minәk.
Onlar qalxıb әylәşdilәr. Sabir onu qucaqlayıb gen sinәsinә sıxdı vә bir
an dayanıb üzünün key ifadәsi ilә dedi:
– Bәs knopkanı kim basacaq?