Page 1075 - antologiya - poeziya_175x250_Layout 1
P. 1075

Seyran Sÿxavÿt


                – Doğrudan e-e...
                – Bu saat, – Sabir bu işin әlacını tapmış adam kimi dedi, – sәn otur,
            mәn bu saat gәllәm.
                O, karuseldәn düşüb xeyli aralıdakı uzun, hamar qarğu ilә qayıtdı.
                – Yәqin, burda oynayan uşaqlardan kiminsә qarğu “atı”dı, yadından
            çıxıb qalıb, – dedi vә Fatmanın yanında yerini rahatladı.
                – İndi nağayrazsan? – Fatma maraqla soruşdu.
                – Görәrsәn, – Sabir dedi vә әlindәki uzun, hamar qarğunu karuselin
            düymәsinә tәrәf uzatdı. Bir-iki dәfә cәhd eliyәndәn sonra düymәni basa
            bildi.
                Karusel hәrәkәtә gәldi. Fatma Sabirin bu “tapıntısı” ilә öyündü. Karu -
            selin sürәti artdıqca, Fatmanın qәşәng saçları dingildәyib bir-birinә qarışırdı;
            bu da ona yaraşırdı vә bu yaraşıq Sabirin gözündәn yayınmamışdı, tez-tez
            çönüb ona baxırdı. Fatma başını Sabirin çiyninә qoydu. Onun saçları ara-  499
            sıra Sabirin üzünә toxunanda o, özündәn asılı olmayaraq gözlәrini  yu-
            murdu, bu toxunuşda ilahi bir rahatlıq hiss elәyirdi vә bu cür rahatlıq ilk idi
            – ilkin...
                Karusel xeyli fırlanandan sonra Fatma dedi:
                – Sabir, vaxtdı, gedәk.
                – Düz deyirsәn...
                Sabir әlindәki uzun, hamar qarğunu karuselin düymәsinә tәrәf tuşladı
            ki, onun yanından keçәndә basıb dayandırsın, ancaq yaxına düşә bilmirdi.
            Sabir on-on beş dәfә cәhd elәsә dә, heç nә alınmadı, әlindәki uzun, hamar
            qarğunu, bir uşağın sevinә-sevinә mindiyi “atını” sınıq-sınıq elәyib tulladı.
            Sabiri tәr basdı, onlar fırlana-fırlana qalmışdılar. Karuseldәn özlәrini
            atsaydılar, çilik-çilik olardılar. Sabir fikirlәşdi ki, qız rüsvay olacaq... özüm
            cәhәnnәm...
                Fatma, onun qapqara nәm sifәtinә ani nәzәr salıb özünü itirmiş
            vәziyyәtdә dedi:
                – Rusvay oldum... – Ancaq özünü nәzәrdә tutdu.
                Fatma düz deyirdi. Bizdә qadınla kişinin belә müştәrәk
            rüsvayçılığından qadına daha çox pay düşür, kişiyә nә var ki... Fatmanın
            haqqında isә bütün qadınlar belә deyәcәkdi:
                – Qızıxıb...
                Bayaq Sabir uzun, hamar qarğu ilә karuseli hәrәkә gәtirәndә Fatma
            onun bu tapıntısı ilә öyünmüşdü. İndi isә o, öz varlığını hiss elәyә bilmirdi.
            Bәdәni cumculuq olmuşdu – qan-tәr içindәydi.
                Sabir, Sabirin yadından çıxmışdı vә ancaq keylәşmiş başı ilә Fatmanı
   1070   1071   1072   1073   1074   1075   1076   1077   1078   1079   1080