Page 75 - "Zəfər və ilğım"
P. 75
Qapı döyüldü. Martova saçlarını qaydaya salıb, әliylә 75
Lübimova işarә etdi ki, narahat olmasın. Qadın qapını açdı,
gәlәn Dupak idi.
– Yuri Petroviç, arvadınız mәnim kabinetimә zәng vurub,
xәtdә gözlәyir.
Kumir cәld yerindәn qalxıb, qapıya doğru getdi vә göz-
lәnilmәdәn ayağı burxuldu. Ayağı ağrımağa, sızıldamağa
başladı, belәcә, axsaya-axsaya telefona yaxınlaşdı.
– Әzizim, – arvadının sәsini eşitdi, – Voznesenski zәng
elәmişdi, Politexnikdә poeziya axşamına dәvәt edir. Gedә-
cәyik?
– Voznesenskinin tәdbirinә getmәk lazımdır.
– Yemәyә gәlәcәksәn?
– Yox, Әdәbiyyatçılar Evindә Erdmanla görüşüm var.
– Bәs mәni aparmırsan? – Arvadı nazla soruşdu, ancaq
әrinin susduğunu görüb, әlavә etdi: – Yaxşı, kişi kampani-
yasında nә işim var, mәn özümә mәşğuliyyәt taparam.
Martovanın yanından ötüb-keçәndә Kumir ona pıçıldadı:
– Belә şeylәrә fikir vermәyin, iş görmәk lazımdı, onda
hәr şey öz yerini alacaq.
NKVD xatirәlәri
Kumir yuxudan ayılıb, yavaş-yavaş gözlәrini açdı. Hәr
şey әvvәlki kimiydi. İndicә yuxuda hәlә gәnc idi, iş
yoldaşlarına dişinin dibindәn çıxanı deyir, onları qorxaqlıqda
vә yaltaqlıqda ittiham edirdi. Yuxuda atasıyla da söhbәt
edir, ondan şeir oxumasını xahiş elәyirdi… Amma birdәn-
birә ayılıb görür ki, xәstәxanadadır, çarpayısının yanında
damcısalan var, tumbanın üstünә kardioqram çıxaran aparat
qoyulub.
Kumir istәr-istәmәz, onunla kollektiv arasında baş vermiş
ixtilafı şişirdәrәk, yalan-palan şeylәr yazan qәzeti necә bü-