Page 290 - "Zəfər və ilğım"
P. 290
Y.Lübimov, L.Selikovskaya
gözәl bir xüsusiyyәti dә vardı: o, mәsәlәlәrә şәxsi münasibәtlәr
prizmasından yanaşmırdı. Sadә dillә desәk, sıyığı milçәklә
qarışdırmırdı. Әgәr kimsә birinci tәrkibdәki aktyordan yaxşı
çıxış edirsә, Lübimov tәrәddüd etmәdәn yaxşını seçirdi.
Bu mәsәlәdә Lübimov yalnız bir istisnaya yol vermişdi:
290 “Cinayәt vә cәza” tamaşasında Svidriqaylov rolu Dıxoviçnıya
yox, Vısotskiyә hәvalә olunmuşdu. Dıxoviçnı şikayәtlәnirdi:
“Mәşqlәr elә qurulub ki, biri idman ayaqqabısında rahat
yolla qaçır, digәri isә keçә çәkmәdә dizәcәn qarın içindә”.
Ancaq bu istisna da tәsadüfi deyildi – Svidriqaylov rolu
Vısotskinin әn yaxşı sәhnә işlәrindәn biriydi.
Selikovskaya “Yoldaş, inan!” tamaşasının bayram edildiyi
o әlamәtdar vә xoşbәxt gündә dilinә içki vurmadı. Ziyafәtdә
ondan bir az aralıda oturan Filatov sonralar sovet kinosu vә
teatrının bu böyük primadonnası haqqında gözәl bir veriliş
hazırlayacaqdı. Bir neçә il sonra Samoylov Selikovskayanı
Şeremetyevo aeroportunda gördü. O, “Hamlet” tamaşasıyla
Belqradda zәfәr qazanmış, Macarıstanda uğurla çıxış etmiş
teatr әmәkdaşlarını vә Lübimovu qarşılamağa gәlmişdi.