Page 291 - "Zəfər və ilğım"
P. 291
Cinayət və cəza” tamaşası, 1979-cu il.
Svidriqaylov – V.Vısotski

Qadın çox narahat görünürdü – o vaxtlar Lübimovun 291
hәyatında başqa bir qadın peyda olmuş vә deyәsәn, Se-
likovskaya da bundan xәbәr tutmuşdu. Bu barәdә bir qәdәr
sonra.

İndiyәcәn teatr dünyasında belә bir sual dolaşır: “Yuri
Lübimov birdәn-birә, cin kimi haradan peyda olmuşdu?”
Bu suala cavab vermәdәn yeni yaranmış Taqanka Teatrının
zәfәrlәrinin sirrini başa düşmәk mümkün deyil.

Bununla bağlı aktyor Nikolay Qritsenkonun sözlәrini
xatırlatmaq istәrdim. Bunu sonralar Veniamin Smexov
danışırdı.

Teatrın әsasını qoyanlardan biri, gözәl aktyor, müdrik
insan, teatrın nüfuzunun vә әnәnәlәrinin qoruyucusu Veniamin
Smexov, Qritsenko vә Bunina ilә 1964-cü ildә, istirahәt
evindә tanış olmuşdu: “Mәşhur vaxtanqovçu Nikolay Qritsen-
ko, arvadı – mәnim kurs yoldaşım İrayla birlikdә Ruzda
dincәlirdi. Ona “Qış parkı”nın cığırlarından birindә rast
gәldim vә yeni yaratdığımzş teatra dәvәt etdim, ondan Yuri
   286   287   288   289   290   291   292   293   294   295   296