Page 292 - "Zəfər və ilğım"
P. 292
Lübimovla birgә hәyata keçirdiyi layihәlәr barәdә soruşdum.
Teatra gәlmәyә söz versә dә, gәlmәdi, sualıma isә belә
cavab verdi: “Bizi tәrk etdikdәn sonra Yuranı bir il idi ki,
görmürdüm. Bir dәfә onu maşının yanında görüb dedim:
“Yura, sәnin barәndә elә şeylәr eşidirәm ki, qulağıma inan-
mıram! Stanislavski mәktәbinin qatı tәrәfdarı, hәqiqәt carçısı
vә realist Yuri Lübimov birdәn-birә әmәlli-başlı formalist
olub? Deyirlәr, Brextә elә quruluş vermisәn ki, Stanislavski
qәbrindә çevrilib! Deyilәnә görә, sәhnәdә mahnı oxuyurlar,
pantomimo oynayırlar, ancaq psixologiyadan әsәr-әlamәt
yoxdu! Başa düşmürәm, sәn hәmin Yuri Lübimovsan, yoxsa
dәyişmisәn? O isә cavabında: “Hәmin Lübimovam, elә hә-
minki” deyib maşına oturdu vә uzaqlaşdı.

Qeyd etmәk lazımdır ki, dahi aktyor Nikolay Qritsenko
ömrünün sonuna kimi oynadığı rolların psixoloji tutumuna
böyük diqqәt yetirirdi. Psixiatriya xәstәxanasında ürәktut-
masından can verәn Nikolay Qritsenkonun son sözlәri belә
olmuşdu: “Yalnız indi başa düşürәm ki, Mışkin rolunu baş-
qa cür oynamaq lazım idi”.
292 Vaxtanqov Teatrının qocaman aktrisası Qalina Konovalo-
vanın Lübimov haqqında son dәrәcә sәmimi hekayәtini
xatırlayıram. Yuri Lübimov tәzәlikcә Vaxtanqov Teatrında
“Әcinnә” tamaşasına quruluş vermişdi. Bir dәfә söhbәt әs-
nasında aktrisadan soruşdular: “Siz onu cavan yaşlarından
tanıyırsız?”

“Mәnә elә gәlir, nә mәn dәyişmişәm, nә dә başqaları…
O, çox yaraşıqlı, qabiliyyәtli oğlan idi, hamının sevimlisiydi,
teatrda tutmadığı vәzifә qalmamışdı. Adama elә gәlirdi, o,
dünyanın әn bәxtәvәr adamıdır. Onun daxilindә, elә bil,
nәsә közәrir, çağlayırdı – elә ağlasığmaz şeylәr elәyirdi ki,
әtrafdakılar çaş-baş qalırdı. Mәn qәtiyyәtli qәrarlar verәn
çox cәsur adam görmüşәm, ancaq Yuri Lübimovu onlarla
müqayisә etmәk olmaz. Mәn ona “özünә od qoyan Yura”
deyirdim. Sonra hamımızın bildiyi hadisәlәr baş verdi: o,
   287   288   289   290   291   292   293   294   295   296   297