Page 295 - "Zəfər və ilğım"
P. 295
Doqmatizm – sәnәt üçün ölümcül zәhәrdir. Hәr dәfә
bәnzәrsiz, nadir sәnәt әsәri ilә qarşılaşanda, bu yeni
krossvordu hәll etmәyә çalışırıq. Tamaşanın plastikası, üs-
lubunun bütövlüyü, hadisәnin baş verdiyi mәkanla bağlı
tәfәrrüatlar – bunların hamısı çox vacib mәsәlәlәrdir. Biz
hәr dәfә onları yenidәn hәll etmәli oluruq”.

Mәdәniyyәtә sәrt müdaxilәlәr dövründә süni, zahiri
sәciyyә daşıyan demokratiya teatr üçün adi hal idi. Tez-tez
kollektivin gözü önündә mәdәniyyәti “idarә edәn” mәmurlar
tәrәfindәn tamaşalara elә diletant qiymәtlәr verilir, elә
dәyәrlәndirmәlәr aparılırdı ki, adamın әli üzündә qalırdı.
Bu, truppanı daha da möhkәmlәdir, kollektivi öz başçısı
әtrafında daha sıx birlәşdirirdi. Belә şәraitdә işlәyәn aktyorlar,
Lübimovun bәzi mәnfi xüsusiyyәtlәrini gözardına vurur,
get-gedә truppadan uzaqlaşmasını, etinasızlığını ona

295

Musiqi hissə müdiri Q.Yurova V.Zolotuxin, İ.Dıxoviçnı və
L.Filatovla birlikdə
   290   291   292   293   294   295   296   297   298   299   300