Page 79 - "Yeni söz"
P. 79
rgiz Dilqəm Əhməd. Şeirlər

Qarşıya keçərkən o sabah İstanbulun vapurunda
Qarşına keçmədiyim günlərimə üzüldüm, Nərgiz.
Boğazıma qəhər düyünləndi İstanbul boğazında.
Gözüydü Kız kulesi bu şəhərin, sən daha gözəldin,
Nərgiz.

Axşamadək balıqlar gəmilərlə yarışır bu şəhərdə
Fatehlər indi fəth olunmuşluğu yaşayır bu şəhərdə
Yenə Sizifdim, sevgi adlı daş daşıyırdım bu səhər də
Bir şairdim gözləri qapalı bu şəhərdə, sən gözlərimdin,
Nərgiz.

Balıqçılar qarmaqla dənizə nifrət atıb sevgi çıxarır.
Azan sədasında elə hey kimlər isə Tanrıya yaxarır.
Quşqonmaz məscidin yanında gözlərim səni axtarır.
Gəzdiyim, toxunduğum hər yer sənin izindi, Nərgiz.

O şəhərə deyin ki…

O şəhərə deyin ki,
Gün batımından sonra
Makiyajını silib girsin Xəzərin qoynuna
O şəhərə deyin ki,
Səhərlər iki qaşıq bal udub
Bir az şirin sarılsın insanların boynuna

O şəhərə deyin ki,
Gün batımına qədər
Məndən aldığı qadını geri versin
O şəhərə deyin ki,

79
   74   75   76   77   78   79   80   81   82   83   84