Page 75 - "Yeni söz"
P. 75
telefonum söndürülüb… Cəlil Cavanşir. Şeirlər
Fələstində bir uşaq vurulur ürəyindən, qan süzülür
barmaqlarımdan.
Bir sərsərisi də azalacaq şəhərin,
Çünki çıxıb gedirəm…
Beynimdə qancıq köpəklər ulaşır və bir fahişə düşür maşından
Küçə qaçır ayaqlarımın altından, ulduz axır
Mən maye halındayam indi, darıxmağın maye halında…
Özümü içirəm bütün gecələrin sağlığına…
Göz bəbəklərim ovcumda, səni axtarıram…
İçimdə əcaib sancı var, hamilə olduğumu düşünürəm
Qərib və avara gecələrlə sevişən,
Və qorunmayan küçə şairiyəm..
Bir işıq dirəyinin kölgəsinə çəkilib şeir doğuram…
And olsun bu qaranlığa ki, səni zərrə-zərrə unuduram…
75