Page 72 - "Yeni söz"
P. 72
nc yazarların ədəbiyyat almanaxı

Darıxan adamın şeiri

Bilirsən də,
mən darıxan adamam
bilirsən də,
çox içirəm gecələr
bir də hava tutuldumu...
zülmdü!
sonra hamı yaddan çıxır
yada düşür bir nəfər...
Allah haqqı, darıxıram
qurban olum, qayıt gəl...

Bir az saat əqrəbləri,
bir az gecə vicdansız
qıvrılıram,
sıxılıram
ürəyim səksəkədə
niyə belə daşürəksən,
niyə belə amansız?
qayıtsaydın,
sabahacan sevişərdik
bəlkə də...
Allah haqqı, darıxıram
qurban olum, qayıt gəl...

72
   67   68   69   70   71   72   73   74   75   76   77