Page 67 - "Yeni söz"
P. 67
Aysel Novruz. Şeirlər
Sobadan yeni çıxmış
isti çörəyin üstünü örtdü qadın
sonra üzünü əlləriylə
işığı qaranlıqla örtdü
Əvvəl sükut dondu otaqda
mətbəxin ortasında
qadın dondu ayaqüstə
küçədəki adamların taleləri dondu
ev tək qaldı
donunca qadın
buz kimi əridi zaman –
görə bilmədilər…
…gözündəki yaşı
üzündəki qırışları
sahmana saldı
yastığının ağlayan hamarlığını
saçlarıyla kiritdi
əllərini çarpayıya geniş açdı
bir dünyalıq kişi qucaqladı
ürəyində
rəfdəki paltarların səliqəsinə
xatirə rəngindəki
sevgisinə
göz gəzdirdi uzun-uzadı…
Güzgüyə baxdı
anidən
bir qadın qocaltdı güzgü
saçları ağ
əlləri çoxdan əsməyə başlamış
bir qadın
güzgülər qocaltdı

67
   62   63   64   65   66   67   68   69   70   71   72