Page 65 - "Yeni söz"
P. 65
Aysel Novruz. Şeirlər
Qadın evə gəldi.
Çantasından çoxlu iş,
dəftər-kitab,
yorğunluq,
səbəbsiz kədər,
boş ürək çıxardı
qoydu masaya.
Sonra
evdəki bişməmiş yeməyi,
oğlunun ağrıyan boğazını qoydu.
Bir azdan
bütün bunlardan bir sabah hazırlamalıydı:
ümidli,
işıqlı,
xoşbəxt bir sabah.
Qadın başını əllərinin arasında həbs etdi,
fikirləri uzaqlara getdi.
Yorğunluğunu soyunub
özü də
getmək istədi qadın.
Uzaqlara getmək istədi...

65
   60   61   62   63   64   65   66   67   68   69   70