Page 63 - "Yeni söz"
P. 63
Aysel Əlizadə. Şeirlər

Ehh, insan dərdləri, insan dərdləri...
İlahi, Sən...
İlahi, Siz...
Heç billmirəm necə xitab etməli...
Ey aliləri,
cəhənnəmdə bir qazan
cənnətdə bir şəlalə
yetir ayırmağa yaxşını pisi?

Ehh, insan nifrəti, insan sevgisi...
İlahi, Sən...
İlahi, Siz...
Ey Aliləri,
Biz –
vur-tut bir ömrü olan
doğan, öldürən
ağlayan, gülən,
döyüşən, qucaqlaşan
yatıb, duran,
yeyib, yatan
təkrarçılardan başqa
bir şey deyilik.
Dəyərmi bundan ötrü
Allah olmağa?

63
   58   59   60   61   62   63   64   65   66   67   68