Page 68 - "Yeni söz"
P. 68
nc yazarların ədəbiyyat almanaxı

o gündən qadınları…
Əvvəl sükut dondu güzgüdə
sonra qadın dondu
güzgüdəki qadın qarşısında…
…buz kimi əridi zaman
küçədən keçən adamların
taleləri yenə yeriməyə başladı
görə bilmədilər…

***
Əsəbi kişi səsi doldu otağa
Onun mərhəmətindən asılı qalan bir qadın oturmuşdu
Nəfəsinin səsini otağın sükutuyla boğan.
Qış bütün ağacları soyundurmuş
Ağaclar bütün pəncərələri döyəcləmiş
Qadın bütün kişiləri silmişdi kişilikdən
Otaqdakı işığın da
Rəngi sızıladamış
ürəkləri kimi
O qış
O otaqda
Ağacdan düşən yarpaqlar kimi
Adamlar yıxılmışdı ürəklərdən

68
   63   64   65   66   67   68   69   70   71   72   73