Page 66 - "Yeni söz"
P. 66
nc yazarların ədəbiyyat almanaxı

***
Yığılan nömrələr cərgəsində
adın yavaş-yavaş aşağı düşür
belə unudulur artıq sevgilər.
“Facebook”da “yaxın dostlar” siyahısından çıxarılırsan
nə yazsan, xəbərim olmur.
daha əvvəlki qədər yaxın olmuruq
məsələn, sən parolunu dəyişirsən,
mən sənə olan etibarımı.

Çoxdan axtarmadığım adamlarla
mərkəzdə çay içirik axşamlar
qadağan etdiyin bütün donları geyməyə başlayıram,
səni bağışlamıram.
Qalib çıxmaq olmur bir sevgidən,
sən də kədərə boyanmısan,
mən də.
Telefona mesaj gəldi.
bilirəm, sən deyilsən.
İcazə ver, açım,
birdən sən olarsan.

66
   61   62   63   64   65   66   67   68   69   70   71