Page 61 - "Yeni söz"
P. 61
həyat düzənidir Aysel Əlizadə. Şeirlər
sevməsən, pozarsan.
Öpürəm səni.
Qoru özünü
özündən sonrakı
qadın üçün qoru...

***
Sənin hər sözündə doğulduğun yer var,
tanıdığın adamlar,
arzuların,
böyüdüyün ailə,
atan, anan.
Sənin kimliyində hər şeyin izi var.
Sən hər şey kimisən.
Sevgililərin var davranışında,
sevgilərin var,
İlişgilərində sabahdan çox,
dünənin var.
Sən keçmiş kimi dayanırsan
dayananda.
Sən keçmiş kimi susursan
susanda.
Sən qədimdən də qədim gəlirsən adama.
Sənin Tanrın da uzaqdı, əzəldi.
Sənin Tanrın, bəlkə də, Zevsdi.
Sənin həyatın qövsdü.
Gedib, gedib qayıdırsan geriyə.
Ümidlərin də bağlıdı keçmişlə.
Sən çayı babam kimi içirsən – kişmişlə.
Səni görən kimi əcdadım düşür yadıma.
Keçmişdən ayrılmaq,

61
   56   57   58   59   60   61   62   63   64   65   66