Page 60 - "Yeni söz"
P. 60
nc yazarların ədəbiyyat almanaxı

gözlərin havaya dikiləcək
havanın rəngsizliyində
daha kədərli görünəcək.
Sənə sevincimi vəsiyyət edirəm.
Bilirəm,
sevinc yaraşacaq sənə,
gözəlləşəcəksən...
Sən gülüncə O, xoşbəxt olacaq.
Sevincinlə kədərin dostlaşacaq.
Hər yerdə ikisi də
yanında olacaq.
Onlardan başqa, kimsəyə güvənmə,
kimsəyə.
Unutma,
heç vaxt yerlər unutmayacaq səni
unutsa, yollar unudacaq...
Məndən sonra doğulacaq qadın,
yerimi sənə verirəm.
Qadın olmağı bacarsan
səni şeirlərim ağladacaq.
Ruhuma kövrələcən
sükutumu istəyəcən
səs-küyümü də...
Heyif, oturub üz-üzə
şərab içmədik səninlə,
dərdləşmədik.
Heyif, Ondan danışmadıq.
Sevərsən.
Qorxmazsan, sevərsən onu
Bu, bir həyat qanunu
sadəcə sevərsən...
Çox görmə özünə bunu.
Bu, acı deyil,

60
   55   56   57   58   59   60   61   62   63   64   65